Avropa çempionatında çıxış edəcək sərbəst və yunan-Roma güləşçilərimiz müəyyənləşdi - FOTO

Avropa çempionatında çıxış edəcək sərbəst və yunan-Roma güləşçilərimiz müəyyənləşdi - FOTOBu gün Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi keçirilib.
Azərbaycan Güləş Federasiyasından -a daxil olan məlumata görə, hazırlıq prosesi başa çatdıqdan sonra ənənəyə uyğun olaraq, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev millilərimizlə görüşüb və onlara məsləhətlərini verib. Qurumun rəhbəri fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına qatılacaq heyəti açıqlayıb, güləşçilərlə bir-bir görüşüb və onlara uğurlar arzulayıb.
Qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) məsul yarışda qüvvəsini sınayacaq.
AÇ-nin son günlərində isə baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Heyətdə Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıb.
Hazırda Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışı keçən qadınlardan ibarət yığmamızın heyəti isə yaxın günlərdə açıqlanacaq.
Yarışın proqramına gəlincə, fevralın 10-dan 12-dək yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ayın 12-14-də qadınlar xalça üzərinə çıxacaq. Fevralın 14-dən 16-dək isə sərbəst güləşçilər çıxış edəcək.
Qeyd edək ki, AÇ-də olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq. /publika.az

İdman       Tarix: 04 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeber xəbər az cəbhədən son durum en yeni xeberler