Avropa futbolunda qalmaqal
İngiltərə və Danimarka milli komandaları arasında AVRO-2020 ikinci yarımfinal oyunu ərəfəsində Avropa futbolunda iri qalmaqal baş verib. Sputnik Azərbaycan xəbər verir ki, FİFA-nın İsveçdən olan keçmiş hakimi Yunas Eriksson Avropa futbol assosiasiyaları ittifaqını (UEFA) korrupsiyada ittiham edib.
Publika.az xəbər verir ki, "Milyonçu" ləqəbli keçmiş hakim öz Instagram səhifəsində turnirin həlledici oyunlarına hakimlərin ədalətsiz təyin olunduğunu yazıb.
"Tez-tez turnirin son oyunlarına hakimlərin necə seçildiyini soruşurlar. Bu, kirli, siyasət dolu, yalan dünyadır və burada kiminlə isə dostluq, korrupsiya, kiməsə sədaqət və milliyyət heç də ən sonuncu məfhumlar deyil. Etimadı heç də həmişə ən yaxşı nəticələr göstərənlər qazanmırlar", - deyə Eriksson yazıb.
O qeyd edib ki, futbol üzrə hazırkı Avropa birinciliyinin ən yaxşı hakimi artıq turniri tərk edib.
"Bu dəfə turnirdə bircə dənə də səhv etməmiş hakim artıq evlərinə göndərilib. Bu barədə qərar UEFA-nın ali rəhbərliyi tərəfindən qəbul olunub və bu qərar Avropa çempionatındakı çıxışlarla qətiyyən bağlı deyil. Digər hakimlərin, özləri də bunu bilmədən, yaxşı əlaqələri var, onlar ən yaxşı siyasi dəstəyə malikdirlər, yaxud vacib ölkələrdən gəliblər və onlar oyunlara hakimlik etməkdə davam edirlər", - deyə Eriksson əlavə edib.
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada