Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq
"Avropa İttifaqı (Aİ) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana 2 milyard avro ayırmağı planlaşdırır".
Aİ-nin Bakıdakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, investisiyalar İqtisadi İnvestisiya Planı çərçivəsində ayrılacaq.
"Bu gün Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni əlaqələndiric orqan Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), habelə Aİ-yə üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə Aİ-nin dəstəyi ilə prioritet investisiyaları "Team Europe" ruhunda istiqamətləndirərək müəyyənləşdirəcək. Bu, ölkəyə 2 milyard avroya qədər investisiya cəlb etmək üçün Azərbaycanın iqtisadi və investisiya planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək", - Aİ-dən bildirilib.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib ki, İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycan ilə sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir: "İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir. Belə ki, artıq Azərbaycana 90 milyon avroya qədər vəsait ayrılıb". / azxeber.com

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim