Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?

Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır.
İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında bildirib ki, bu, dünya bazarlarında buğdanın qiymətinin artımı təbii ki, ilk növbədə Qara dənizdə baş verən hadisələrlə, Rusiya ilə Ukrayna arasında yaranan problemlərlə əlaqədardır:
"Təxmini olaraq dünya bazarlarında Rusiyanın və Ukraynanın 30%-ə qədər payı var. Bu ölkələr buğdanı Qara dəniz üzərindən ixrac edirdilərsə, indi ixrac edə bilmirlər. Ölkələr də hazırda daha çox digər ölkələrə müraciət edirlər. Ona görə həmin ölkələrdə, həmin bazarlarda qiymət artımı baş vermişdi. Burada ikinci səbəb də var. Son aylarda bildiyimiz kimi, Avropada və Amerika Birləşmiş Ştatlarında bu il quraqlıq olub. Quraqlıq olduğuna görə bu da buğdanın qiymətinə təsir göstərib. Bu, təxminən iyul ayından başlayaraq qiymətlərin artmasına səbəb oldu və bu dönəmdə də artımın davam etdiyini görürük".
İqtisadçı əlavə edkb ki, Azərbaycana gəldikdə isə biz əsasən buğdanı Rusiya və Qazaxıstandan alırıq:
"Rusiyanın Qara dənizdən ixrac imkanları məhdudlaşsa da, bizim bölgədə o problem yoxdur və inanmıram ki, bu, bizə ciddi təsir göstərsin. İndi müəyyən miqdarda dünya bazarlarından da alsaq, qiymət artsa belə, biz bilirik ki, mövcud hökumətimiz çörək buğdasının qiymətini tənzimləyir və bu artım digər ölkələrə təsir etdiyi qədər bizə təsir etməz. Hesab edirəm ki, bu problem də yəqin ki, həll olunar. Bu baxımdan bizim ölkədə qiymətlər tənzimləndiyinə görə, müvafiq tədbirlər nəticəsində istehlakçı bunu hiss etməz. Ola bilsin ki, ayrı-ayrı sahibkarlara təsir göstərə bilər. Lakin biz bunu vaxtaşırı son illər ərzində müşahidə etmişik. Gördük ki, hökumətin müvafiq və qabaqlayıcı tədbirləri nəticəsində hər hansı ciddi problemlə rastlaşmadıq". / azxeber.com

Sosial       Tarix: 24 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun