Avropa İttifaqında daxili ziddiyyətlər artır - FOTO

Avropa İttifaqında daxili ziddiyyətlər artır - FOTO450 milyonluq Avropa İttifaqı iyun ayında Avropa Parlamentinə seçkilər keçirəcək. Bu seçkilər Avropanın gələcək xarici siyasətinin müəyyən olunmasında mühüm rol oynayacaq. Avropa İttifaqı (Aİ) daxilində ziddiyyətlərin, problemlərin bu il də davam edəcəyi əsas proqnozlar və ehtimallar sırasındadır. Hətta qurumun dağılacağı ilə bağlı mülahizələr irəli sürülür. 
KONKRET.az mövzu ilə bağlı "Kaspi" qəzetinin təhlilini təqdim edir.
Ukrayna müharibəsi, Yaxın Şərq böhranı
Ukrayna müharibəsi, Yaxın Şərqdə yaşanan hadisələrə münasibət qurum daxilində fikir ayrılıqlarını daha da gücləndirib. Bir qisim hesab edir ki, Rusiyaya qarşı sanksiyalar paketi Avropa İttifaqına ciddi maliyyə zərbəsi vurmaqdadır. Bu səbəbdən, sanksiyaları dayandırmağa çağırışlar səsləndirilir. Digər qisim isə Ukraynaya yardımı davam etdirməyin tərəfdarıdır. Eyni proses HƏMAS-İsrail münaqişəsinə münasibətdə də hiss olunur. Avropada İsrailin hərəkətlərini dəstəkləyənlərlə yanaşı, Fələstinə dəstək verilməsini istəyənlər də var.
Miqrant məsələsi, Ukraynanın, Moldovanın, Gürcüstanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar da problemlərə yol açıb. Bir çox siyasilər bunu bütün Avropanın təhlükəsizliyinə təhlükə hesab edirlər. Məsələn, Macarıstanın hakim FİDES – Macar Vətəndaş İttifaqı Partiyasının rəsmisi İştvan Holik deyib ki, müharibə şəraitində olan Ukrayna ilə üzvlük danışıqlarının başlaması qəbuledilməzdir. "Bu, bütün Avropanın təhlükəsizliyinə təhdiddir. Üstəlik, Ukraynanın üzvlüyü Aİ-nin üzərinə onsuz da zəif olan iqtisadiyyatın dözə bilmədiyi maliyyə yükü qoyacaq", – deyə Holik bildirib.
İnteqrasiya tərəfdarları uduzur
Ötən ilin son günlərində Avropanın müxtəlif ölkələrində keçirilən rəy sorğularının nəticələri də maraqlıdır. Belə ki, xeyli avropalı inteqrasiya tərəfdarı olan partiyalara səs verməyib. Nə sosial demokratlar, nə də sağlar Avropada mövcud vəziyyəti qiymətləndirmək iqtidarında olmayıblar. Bir çoxları Aİ-nin genişlənməsi ideyasının reallığı əks etdirmədiyi qənaətindədir. Aİ-nin postsovet məkanına daxil olan ölkələri öz sırasına daxil etməsinə gəldikdə, bunun da sadəcə vəd olaraq qalacağı proqnoz edilir. Bir başqa məsələ də ondadır ki, təşkilatın nüfuzlu üzvləri belə ondan uzaqlaşmağa çalışır. Böyük Britaniyanın ardınca Fransada da qurumdan çıxmaq çağırışları artır. Məsələn, Fransada prezidentliyə namizəd Jan Lyuk Melanşon hesab edir ki, ölkənin gələcəyi Aİ çərçivəsindən kənarda olmalıdır.
Hesab edilir ki, Aİ-nin dağılması sürətli olmayacaq, bir neçə il ərzində baş verəcək. Polşa və Macarıstan kimi dövlətlər də Brüsselin qəbirqazanı rolunu oynaya bilərlər.
Brüssel balansı düzəltməyə çalışacaq
Bu il ərzində Aİ-dəki üç mühüm vəzifənin – Avropa Komissiyasının prezidenti, Aİ Şurasının sədri və Aİ xarici işlər komissarının vəzifələri bölüşdürüləcək. Bu isə asan məsələ deyil. 2019-cu ildə Şarl Mişel, Ursula von der Leyen və Jozep Borrel üçlüyü müəyyənləşdiriləndə Şərqi Avropanın payına sanballı vəzifə düşməmişdi. Bu dəfə Brüssel bu balansı düzəltməyə çalışacaq.
Avropa İttifaqında daxili ziddiyyətlər artır - FOTOVahid Avropa ordusu ideyası
Digər ziddiyyət yaradan məsələlərdən biri də Avropa ordusu ilə bağlıdır. Məsələn, İtaliyanın xarici işlər naziri Antonio Tayani hesab edir ki, Aİ-nin vahid ordusunun yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, ABŞ, Çin, Hindistan və Rusiya kimi nəhəng oyunçuların olduğu və münaqişələrin kəskinləşdiyi bir vaxtda İtaliya, Almaniya, Fransa və Sloveniya kimi ölkələrin vətəndaşlarını Aİ müdafiə edə bilər. Bunun üçün isə ordu lazımdır.
Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Aİ-nin hərbi potensialını real təhlükə həddinə uyğunlaşdırmaq üçün beş ildən səkkiz ilədək vaxtı var. Onun sözlərinə görə, Rusiya özünün Ukraynaya müdaxiləsini davam etdirə bilmək üçün silah istehsalını artırır, eyni zamanda Baltikyanı ölkələr, Gürcüstan və Moldova üçün təhlükə yaradır.
Belçika ordusunun baş komandanı Mişel Hofman isə bu barədə daha konkret danışıb: "Biz görürük ki, Rusiya hərbi iqtisadiyyat rejiminə keçib. Düşünürəm ki, bizim narahat olmaq üçün əsasımız var. Kremlin dili birmənalı deyil. Onların gələcəkdə ikinci cəbhə aça biləcəkləri istisna olunmur. Bu, ya Moldovada, ya da Baltikyanı ölkələrində ola bilər".
Bu yeni mövzu olmasa da, avropalı rəsmilər və diplomatlar ara-sıra vahid ordu barədə fikirləri söyləyirlər. Ancaq bu mövzu açıqlamalardan o yana keçmir, heç kim Avropada vahid ordu məsələsində geniş müzakirə açmaq istəmir. Aİ vahid ordunu ona görə yaratmağa risk etmir ki, bunun NATO-dan nə ilə fərqlənəcəyi bilinmir. Digər tərəfdən, ətrafda baş verən hadisələrə vahid ordu ilə reaksiya vermək üçün bütün üzv dövlətlərin ortaq qərarını almaq çox çətin olacaq. Məsələn, Fransa vahid ordunun harasa müdaxiləsinə dəstək verəcəyi halda, Macarıstan və ya Çexiya bunun əleyhinə çıxacaq. İndinin özündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Aİ-də fərqli yanaşmalar var.
Yekun olaraq onu qeyd edək ki, 450 milyonluq Aİ iyun ayında Avropa Parlamentinə seçkilər keçirəcək. Bu seçkilər Avropanın gələcək xarici siyasətinin müəyyən olunmasında mühüm rol oynayacaq. Seçkilərdən sonra Aİ-nin qurumun genişləndirilməsi, miqrantlar və müharibələrə münasibəti bəlli olacaq.

Siyasi       Tarix: 14 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı cəbhədən ən son xəbər xəbər xeber