Avropa İttifaqından Rusiyanın "Vaqner Qrupu"na qarşı SANKSİYA
Avropa İttifaqı (Aİ) Rusiyanın "Vaqner Qrupu"na qarşı sanksiyalar tətbiq edəcək.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasından yazılı açıqlama verilib.
Bildirilib ki, sanksiya Rusiyadan idarə edilən "Vaqner Qrupu"na bağlı olan 8 şəxsi və 3 təşkilatı hədəf alıb.
""Vaqner Qrupu" beynəlxalq hüquq, o cümlədən beynəlxalq insan haqları qanunlarını pozaraq zorakılığı qızışdırmaq, təbii sərvətləri talan etmək və mülki insanları qorxutmaq üçün dünyanın müxtəlif yerlərində münaqişə zonalarına xüsusi hərbi agentləri cəlb edib, öyrədib və göndərib", - açıqlamada deyilir.
Məlumata görə, Aİ siyahısında olan şəxslər fəaliyyət göstərdikləri bəzi ölkələrdə, o cümlədən Liviya, Suriya, Ukrayna, Mərkəzi Afrika Respublikası və ABŞ-da işgəncə və məhkəmə qərarı olmadan qətllər də daxil olmaqla, ciddi insan hüquqları pozuntularında iştirak ediblər.
Hüseyn
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək