Avropa kuboku: iki cüdoçumuz gümüş medal qazandı
Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.
Publika.az xəbər verir ki, turnirdə iki idmançımız - Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş medal qazanıblar. Belə ki, Qasım Vəlizadə (60 kq) finalda gürcü Giorgi Sardalaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə isə finalda Niderland təmsilçisi Dilyan Van Der Kolk ilə üz-üzə gəlib. Cüdoçumuz həlledici mərhələdə məğlub olaraq ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb. Oğlanların yarışında ölkəmizi Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) təmsil edirlər. Qadın cüdoçularımızdan isə yarışda Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) mübarizə aparırlar.
Turnirə iyulun 18-də yekun vurulacaq.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada