Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub oldu - YENİLƏNDİ
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi "Lion"a məğlub olub.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Torisso toru silkələyib. 68-ci dəqiqədə Korentin Tolisso meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi "Elfsborq"a qarşı keçirəcək.//Report
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" – "Lion" (Fransa) oyununda beşinci qol vurulub.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.
87-ci dəqiqədə Juninyo penalti zərbəsini dəqiq yerinə yetirib.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" – "Lion" (Fransa) oyununda dördüncü qol vurulub.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 4:0-a çatdırıb.
80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" – "Lion" (Fransa) oyununda üçüncü qol vurulub.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 3:0-a çatdırıb.
68-ci dəqiqədə Malik Fofana adını tabloya yazdırıb.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" – "Lion" (Fransa) oyununda ikinci qol vurulub.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 2:0-a çatdırıb.
63-cü dəqiqədə Tolisso adını tabloya yazdırıb.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" – "Lion" (Fransa) oyununda ikinci hissə başlayıb.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda 1:0 irəlidədir.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" – "Lion" (Fransa) oyununda hesab açılıb.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda irəli çıxıb.
15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.//Report
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" – "Lion" (Fransa) oyunu start götürüb.
KONKRET.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***
Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində V tur oyununa çıxacaq.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Fransa "Lion"u ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, V tur
28 noyabr
21:45. "Qarabağ" (Azərbaycan) – "Lion" (Fransa)
Hakimlər: Nenad Minaković, Nikola Borović, Boško Božović (Serbiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.
***
"Qarabağ": 99. Mateuş Koxalski, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 7. Yassin Benzia, 66. Patrik Andrade, 8. Marko Yankoviç,10. Abdullah Zubir (k), 21. Aleksey Kaşuk, 18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Lion": 23. Lukas Perri, 3. Nikolas Talyafiko (k),27. Varmed Omari, 55. Due Çaleta-Çar, 98. Ensli Meytlend-Naylz, 18. Rayan Çerki, 15. Tanner Tessmann, 15. Jordan Veretu, 37. Ernest Nuama, 11. Malik Fofana, 69. Jorj Mikautadze
Baş məşqçi: Pyer Saj

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?