Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
"İnter Mayami"nin hücumçusu Luis Suares 2017-ci ilin yayında Lionel Messi ilə birlikdə Neymarı "Barselona"dan PSJ-yə keçmək fikrindən daşındırmağa çalışdıqlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Suares bu barədə "Catalunya Radio"ya müsahibəsində danışıb.
"2017-ci ilin yayında Neymarı "Barselona"da qalmağa razı salmaq mümkün deyildi. Halbuki Messi ilə birlikdə onun PSJ-yə keçməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik", – deyə o bildirib.
Uruqvaylı hücumçu "Barselona"da Messi və Neymarla birlikdə çıxış etdiyi dövrü də xatırlayıb:
"Aramızda heç bir eqoizm yox idi. Bir-birimizin qollarına sevinir, bir-birimizə kömək edirdik. Qolu kimin vurmasının fərqi yox idi. Mövsümün sonunda "Qızıl buts" uğrunda mübarizə apardığım vaxt onlar penaltiləri mənə həvalə etməyi təklif edirdilər. Əsl komanda işi məhz budur".
Qeyd edək ki, Neymar 2017-ci ilin avqustunda rekord məbləğə – 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunub. Bu keçid futbol tarixinin ən bahalı transferi olaraq qalır.
Kurslar.az kurslar [newsid: 0-123300]

Sumqayıtda qadını avtomobil vurdu
Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Toydan çıxan piyadanı avtomobil vurdu
Aprelin 1-dən maaş kartlarında YENİLİK – Banklar komissiya tələb edəcək?
Avtomobil 72 yaşlı qadını vurdu
İşə başlamamış pul alacaqlar – Yeni qərar
Bakı-Quba yolunda ağır qəza: Xəsarət alanlar var
Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?
Orhan Gencebaydan miras açıqlaması: "Ailəm üçün canımı verərəm
Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət