Avropa nazirləri Yaxın Şərqdə bir araya gələcək

Avropa nazirləri Yaxın Şərqdə bir araya gələcəkİsrail baş naziri Binyamin Netanyahunun Fələstin adlı bir dövlətin qurulmasına qarşı olmasına baxmayaraq Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Yaxın Şərqdə iki dövlətli həll üçün 22 yanvarda Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək.
KONKRET.az xəbər verir ki, Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell son açıqlamalarında iki dövlətli həllin yeganə çıxış yolu olduğunu söyləyib və Netanyahunu bunun qarşısını almağa çalışmaqda günahlandırıb.
Borrell yanvarın 19-da İspaniyanın Valyadolid Universitetində "Fəxri doktor" adını alarkən verdiyi son açıqlamasında belə deyib: "İsrail bunu rədd etməkdə israr etsə də, biz inanırıq ki, iki dövlətli həll beynəlxalq ictimaiyyətin təzyiqi ilə sülh gətirəcək.
İsrail və Fələstin təkbaşına razılığa gələ bilməyəcək qədər bir-birinə qarşıdır. Ərəb dünyası, Avropa, ABŞ və bütün BMT-ni iki dövlətli həll yolunu təşviq etməyə çağırırıq".
Aİ xarici işlər nazirləri yanvarın 22-də Brüsseldə ilin ilk iclasında İsrail, Fələstin, Misir, İordaniya, Səudiyyə Ərəbistanının xarici işlər nazirləri və Ərəb Liqasının baş katibi ilə bir araya gələcəklər. Toplantıda yaxın aylarda Yaxın Şərqdə iki dövlət həlli üçün beynəlxalq sülh konfransının keçirilməsinə hazırlıq məsələləri də müzakirə olunacaq.
İclasın gündəmində həmçinin Aİ-nin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı zorakılığa əl atan qeyri-qanuni yəhudi məskunlaşanlara qarşı sanksiyalar tətbiq etməyə hazırlığı da danışılacaq.

Siyasi       Tarix: 22 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun