Avropa Parlamentinin sanksiya tələbinə YAP-çı deputatdan reaksiya
Avropa Parlamenti növbəti dəfə Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Qətnamədə Avropa İttifaqından Azərbaycana qarşı siyasi-iqtisadi, hərbi sanksiyalar qoyulmasına çağırış edilib.
Gununsesi.info-ya müsahibəsində YAP-dan olan deputat Naqif Həmzəyev Avropa Parlamentinin bu qətnaməsinin onun üçün gözlənilməz olmadığını deyib: "Zaman -zaman Avropa Parlamentindən bu cür qətnamələr görmüşük. Orada sənədlər sadə səs çoxluğu ilə qəbul edilir. Məsələn, iclasda 70 nəfər varsa, onlar istənilən sənədi qəbul edirlər. Deməyim odur ki, bu, Avropa İttifaqının mövqeyini əks etdirmir".
Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərin əksəriyyəti ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan deputat hesab edir ki, Avropa İttifaqının Azərbaycana sanksiya tətbiq etməsi mümkünsüzdür:
"Avropa İttifaqının üzvü olan Serbiya, Macarıstan kimi ölkələrin rəhbərlərinin dilindən dəfələrlə Azərbaycanın Avropanın enerji təminatındakı rolunun yüksək qiymətləndirilməsinin şahidi olmuşuq".
Azərbaycanda insan haqlarının durumuna gəlincə, Naqif Həmzəyev deyir ki, bu sahədə ortaya çıxan problemləri daxili dialoq səviyyəsində həll etmək mümkündür: "Amma təhdidlər, tələblərlə danışmaq olmaz". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"