Avropadan Rusiyaya qarşı ÇAĞIRIŞ: Diplomatlarını evlərinə göndərin
Plenar sessiyadakı debatların nəticəsi üzrə qətnaməsində Avropa Parlamenti Avropa İrrifaqı ölkələrini Çexiyaya dəstək məqsədilə "rusiyalı diplomatların koordinasiyalı şəkildə ölkələrdən çıxarılmasına" çağırıb.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, "Rusiya: Aleksey Navalnı işi, Ukrayna ilə sərhəddə hərbi gücün artırılması və Çexiyaya hücum" adlı qətnaməni 569 deputat dəstəkləyib, 67 nəfər əleyhinə səs verib, 46 nəfər isə bitərəf qalıb.
"Avroparlament Rusiyanın Çexiyanı hədələməsini qınayır, Aİ-nin müxtəlif ölkələrinin hökumtlərinin, diplomatik xidmətlərinin artıq qəbul edilmiş həmrəylik qərarlarını dəstəkləyir, Aİ ölkələrini "Skripalların işi"ndə olduğu kimi rusiyalı diplomatların koordinasiyalı şəkildə göndərilməsinə çağırır", - sənəddə deyilir.
Avroparlamentin beynəlxalq məsələlər üzrə qətnamələri məcburi deyil, deklarativ xarakter daşıyır. Ancaq Aİ-nin digər qurumları deputatların rəyinə qulaq asmalıdırlar.
Praqa aprelin ortalarında RF xüsusi xidmətlərini 2014-cü ildə Vrbetitsadakı hərbi sursat anbarının partladılmasında günahlandırıb. Bundan sonra Çexiya Rusiya səfirliyinin 18 diplomatını ölkədən çıxarıb. Cavabında Moskva Çexiya diplomatik missiyasının 20 əməkdaşını arzuolunmaz şəxs elan edib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər