Avropanın bu ölkəsində qadınlar kişilərdən çoxdur
Latviya Aİ ölkələri arasında ümumi əhali sayında qadınların payının çoxluq təşkil etdiyi ölkədir.
Publika.az Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) statistika agentliyi "Eurostat" ötən həftə apardığı araşdırmanın nəticəsinə əsasən yayıb.
Bildirilib ki, 1 yanvar 2020-ci il tarixinə olan məlumata görə, Avropa İttifaqında 219 milyon kişi və 229 milyon qadın yaşamışdır ki, bu da hər 100 kişiyə 104,7 qadının düşməsi, qadınların 4,7 faiz çoxluq təşkil etməsi anlamına gəlir. Latviyada qadınların sayı kişilərin sayından 16,5 faiz çoxdur. Litvada bu göstərici 14,2 faiz, Portuqaliyada 11,9 faiz və Estoniyada 11,2 faiz təşkil edib.
Malta, Lüksemburq, İsveç və Sloveniyada isə qadınların sayı kişilərdən daha azdır. Ən böyük fərq Maltadadır. Bu ölkədə 100 kişiyə 93,6 qadın düşür.
Qeyd edilib ki, bənzər vəziyyət 20 il əvvəl Latviyada da qeydə alınmışdı. "Eurostat"ın məlumatına görə, 2001-ci ilin əvvəlində Latviyada 100 kişiyə 117,3 qadın düşüb ki, bu da Avropada ən yüksək göstərici olub.
Araşdırma nəticəsində aydın olub ki, Aİ ölkələrinin (hazırda 27 ölkə) əhalisinin sayı 20 il ərzində 429 milyondan 447 milyona yüksəlib ki, bu da 4 faiz artım deməkdir. Əhalinin sayı 17 ölkədə artıb, 10 ölkədə isə azalıb. Faiz nisbətində əhali sayında ən böyük artım Lüksemburq, Malta, İrlandiya və Kiprdə, kəskin azalma isə Litva və Latviyada (hər iki ölkədə 20 faiz) qeydə alınıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək