Avrora' MMC 'Best Managed Companies' müsabiqəsinin qalibi seçildi - FOTO

Avrora' MMC 'Best Managed Companies' müsabiqəsinin qalibi seçildi - FOTO"Deloitte" audit şirkətinin apardığı araşdırmalar nəticəsində "Best Managed Companies" müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblər idarəetmənin dörd əsas prinsipinə görə müəyyənləşdirilib. "Avrora" MMC "Strategiyanın uyğunlaşdırılması və həyata keçirilməsi", "İnsan kapitalının inkişafı", "İnsan kapitalının cəlb edilməsi, liderlik" və "Maliyyə idarə edilməsi" göstəricilərinə görə ilin şirkətlərindən biri seçilib. Qeyd edək ki, müsabiqə meyarları beynəlxalq fəaliyyətdə olan "Deloitte" şirkətinin 30 il ərzində dünya şirkətlərində apardığı araşdırmalar əsasında müəyyən olunub.
Araşdırma nəticələrinin dəyərləndirilməsi beynəlxalq standartlar çərçivəsində və biznes aləmində nüfuzlu, müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münsiflər eyni zamanda şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyasını və dayanıqlı inkişafını, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səyləri dəyərləndirirlər.
30 ildir ki, Azərbaycan milli iqtisadiyyatına dəyər qatan "Avrora" MMC qida təhlükəsizliyimizin təmin olunmasında əməli addımlar atır, qida məhsullarının istehsalını və idxalını həyata keçirir.
Qeyd edək ki, "Best Managed Companies" mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi dünyanın 37 ölkəsində uğurla həyata keçirilir və ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 37 ölkədə: Çin, ABŞ, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika, Çili və digər ölkələrdə həyata keçirilir.
Avrora' MMC 'Best Managed Companies' müsabiqəsinin qalibi seçildi - FOTO/ azxeber.com

İqtisadiyyat       Tarix: 08 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber havanın temperaturu bu gune olan xeberler cəbhədən son görüntülər