Avtomobil bazarında son vəziyyət - Bahalaşma gedir?
Avtomobil bazarında durğunluq yaşanır.
azxeber.com xəbər verir ki, bunu trend-ə avtomobil satışı il məşğul olan Bəhruz Bayramov deyib.
Onun sözlərinə görə, yay mövsümündə durğunluq olmasına baxmayaraq bəzi avtomobillərin qiyməti bahalaşıb. Bahalaşma əsasən xaricdən gətirilən ili təzə olan avtomobillərdədir.
Səbəb kimi isə xaricdən gələn avtomobillərin daşınma xərclərinin artması və 2013-cü ilə qədər olan avtomobillərin ölkəmizə buraxılmamasıdır.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, istehsal ili 2013-cü ildən aşağı olan avtomobillərin ölkəyə buraxılmaması qərarı qüvvəyə minəndən sonra ölkədə köhnə avtomobillərin qiyməti 10% bahalaşdı.
"Hazırda bazar vəziyyəti özü tənzimləyir. Qiymətlər sabitləşib. Hazırda avtomobil bazarında durğunluqdur. Bu ənənəvi olaraq hər mövsümdə təkrarlanır. Payıza qədər "ikinci əl" avtomobillərin qiymətində bahalaşmanın olması gözlənilmir. Bahalaşmanın iyul, avqust aylarında yeni avtomobillərdə olacağı gözlənilir. Bahalaşmanın 3% olacağı proqnozlaşdırılır", - deyə o, qeyd edib.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib