Avtomobil bazarında vəziyyət necədir? - AÇIQLAMA
Bu ilin iyul ayında Azərbaycanda yeni avtomobillər 2% bahalaşıb, köhnə avtomobillərin qiymətləri isə dəyişməyib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, bahalaşmaya səbəb dünyada logistika xərclərinin artmasıdır.
Bundan başqa, ekspert deyib ki, ötən ay Azərbaycanda avtomobil satışı əvvəlki aya nisbətən bir qədər az olub: "Azalma həm birinci əl, həm də ikinci əl avtomobil bazarında yaşanıb. İyulda həmişəki kimi birinci əl avtomobil bazarında krossover və mini krossoverlər daha çox satılıb. İkinci əl avtomobil bazarında mühərrik həcmi 1 500 kub santimetr civarında olan sedan və heçbek tipli avtomobillərə üstünlük verilib".
"Bu ayın sonuna qədər bazarda aktivlik aşağı olacaq. Gələn aydan aktivlik yüksəlməyə başlayacaq. Bu proses Azərbaycanın avtomobil bazarına xas olan bir haldır. Mövsümlə əlaqədar həmişə belə olur. Eyni zamanda payızdan ölkədə müxtəlif marka avtomobillərin yeni modellərini görə biləcəyik. Xüsusən də mini krossoverlərin daha çox artacağını gözləyə bilərik", - E.Cəfərov əlavə edib.

"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tanınmış alpinist infarkt keçirdi
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
UFC: Nazim Sadıxov nakautla məğlub olub
Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
Bu gecə hər ikisi meydana çıxacaq
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi