Avtomobildə "plyonka"ya bu şərtlərlə icazə verilir - AÇIQLAMA

Avtomobildə Bəzi sürücülər avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və alın şüşələrinə plyonka çəkirlər. Bununla da görünməz bir sədd yaranır. Yəni sükan arxasında kimin olub-olmadığı görünmür. Çünki avtomobil tünd plyonka ilə örtülmüş vəziyyətdədir.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, bir qrup sürücü iddia edir ki, avtomobilində "plyonka" istifadə etdiyi üçün polis tərəfindən cərimələnib. O, avtoservisdə şüşə örtüyünü yoxlatdığı və hər şeyin qaydasında olduğu halda cərimə tətbiq edildiyini bildirib.
Bəs bu vəziyyət qanunvericilikdə necə tənzimlənir?
Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu şüşələrin işıq ötürmə dərəcəsi nəzərə alınmalıdır.  Yəni, ön yan şüşələrində plyonka istifadəsi ən azı 75% şəffaf olmalıdır. Ancaq arxa şüşələrdə plyonka istifadəsinə icazə verilir.
"Plyonka istifadəsi ilə bağlı əsas tələblərdən biri də təhlükəsizlikdir. Şüşələrdə istifadə edilən plyonka sürücünün görmə qabiliyyətini zəiflətməməli həmçinin yolun digər iştirakçıları üçün təhlükə yaratmamalıdır. Plyonka işığın yayılmasını məhdudlaşdırmamalıdır və yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir".
Bu problem ilə qarşılaşan sürücülərin sayı artmaqdadır, lakin polis bu halları qanunsuz sayır. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:
"Odur ki, "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır".

Sosial       Tarix: 24 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler sonxəbərlər cəbhədən xəbərlər bu gunun xeberleri