Avtomobilin saxlanc yerində Türkiyəyə qaçmaq istəyən şəxs saxlanıldı
Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə azxeber.com-a Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır