Avtomobillərin qanunsuz saxlanması, səkilərin zəbt olunması - Bakıda tıxac problemi niyə bitmir?

Avtomobillərin qanunsuz saxlanması, səkilərin zəbt olunması - Bakıda tıxac problemi niyə bitmir?Bu ilin yay fəsli girməmişdən öncə vətəndaşlar tıxacların azalacağına, yolların bir qədər "nəfəs alacağına" ümid edirdilər.
Lakin, əksinə olaraq bu yay uzun müddətli tıxaclarla yadda qaldı.
Maraqlı məqam isə odur ki, kifayət qədər insanın istirahətə getdiyi bir dönəmdə paytaxtda bu qədər tıxacın olması normal sayılırmı?
Onu da əlavə edək ki, sentyabrın 15-dən yeni tədris ilinə start veriləcək və məktəblər, universitetlər açılacaq.
Görəsən, 2 həftə sonra nəqliyyatda vəziyyət necə olacaq? Yenə də saatlarla tıxacda qalmalı olacayıq?
Ümumiyyətlə isə son zamanlardakı uzunmüddətli tıxacların səbəbləri nədir?
Xaotik vəziyyətlə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov azxeber.com-a açıqlama verib.
Ekspert bildirib ki, tıxaclarla bağlı artıq dövlət proqramı təsdiq olunub və bunun qarşısını almaq üçün mühüm addımlar atılır:
Avtomobillərin qanunsuz saxlanması, səkilərin zəbt olunması - Bakıda tıxac problemi niyə bitmir?"Bakıda olan tıxacların səbəbi həddindən artıq çoxdur. Amma mərhələylə bu tıxacları aradan qaldırmaq üçün artıq dövlətin yol xəritəsi mövcuddur. Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə dair dövlət proqramı təsdiq olunub və həmin dövlət proqramındakı əsas məqsədlərdən biri Bakı və ətraf ərazilərdə tıxacların azalmasıyla bağlı tədbirlər planıdır. Hər bir qurum qarşısında vəzifələr qoyulub ki, dövlət proqramına bağlı işlər effektiv həyata keçirilsin ki, 2030-cu ilə kimi tıxaclar azalsın. Lakin bu o demək deyil ki, biz bunu 2030-cu ilə qədər gözləyirik. Hazırda işlər gedir. Yol ötürücüləri, körpülər, tunellərin tikilməsi, yeni yolların salınması ona görə həyata keçirilir ki, tıxacların sayı azalsın".
E. Cəfərov Bakıda sıxlığın olmasının əsas səbəblərini açıqlayıb:
"Əslində sıxlığın olmasını normal qəbul edirəm. Çünki Bakı şəhəri özü-özlüyündə iri sənaye şəhəridir. Artıq turistik şəhərə çevrilir. Özünün zəngin və mədəni həyatı var. Burada həmçinin beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir. Bu, obyektiv səbəblərdir. Subyektiv səbəblərə gəlincə isə, burada müəyyən insanların məsuliyyətsizliyini qeyd edə bilərik. Söhbət ondan gedir ki, avtomobillərin yol kənarında saxlaması, piyada səkilərinin zəbt olunaraq onların yerində obyektlərin tikilməsi bugünkü sıxlığa şərait yaradan mühüm amillərdən biridir. Biz vətəndaş olaraq çalışmalıyıq ki, sıxlığın tıxaca çevrilməsinin qarşısını alaq. Sıxlıq normaldır, amma bunun tıxaca çevrilməsi üçün şərait yaratmamalıyıq. İnsanların indi daha çox ictimai nəqliyyata cəlb edilməsi üçün də metrolarda yeni depoların, stansiyaların tikintisi həyata keçirilir. Həmçinin avtobus seqmentində bu son illər ərzində xeyli avtobus gətirilib və dəyişdirilib. Bunlar hamısı edilir ki, vətəndaşlar avtomobildən çox ictimai nəqliyyata üstünlük versinlər. Daha sonra yeni dövlət proqramında tramvay xətlərinin çəkilməsi ilə bağlı da müddəa var. Baş plana uyğun olaraq o da olacaq".
Mikayıl Mirzəzadə

Sosial       Tarix: 02 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber 2026 idman xeberleri cəbhədən son dəqiqə krimnal xeber