Avtomobillərin qiyməti bahalaşıb? - "Hazırda durğunluq hiss olunur"
Adətən yay aylarında avtomobil bazarında qiymət artımı müşahidə edilir. Üstəlik bir neçə həftə əvvəl benzin və dizelin qiymətinin bahalaşması maşın bazarına da təsir edəcəyi düşünülürdü. Maraqlıdır, hazırda sözügedən sahədə vəziyyət nə yerdədir?
Məsələ ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qiymətlərin ciddi şəkildə dəyişmədiyini dedi:
"Hazırda sözügedən sahə üzrə ciddi bahalaşma müşahidə edilmir. Ənənəvi maşınların qiyməti dəyişməz olaraq qalır. Bir çox hallarda yay aylarında fərqli mənzərə görürdük. Hazırda isə dediyim kimi, bir-iki avtomobil markası istisna olmaqla, stabillik müşahidə edilir. Baxın, əslində buna səbəb dizel və benzinin qiymətinin eyni anda bahalaşması oldu. Yəni hər iki yanacaqla çalışan maşınlar arasında məbləğ uçurumu hiss olunmur. Buna görə də qiymətlər durğundur. Həmçinin bu sıraya elektromobilləri də daxil edə bilərik".
Məlik Məlikov,
KONKRET.az

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat