Aydın Tağıyevin "Vətən marşı"nı sənətkarlar birlikdə ifa etdilər - VİDEO

Aydın Tağıyevin Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyevin müəllifi olduğu "Vətən" şeirinə musiqi bəstələnib.
azxeber.com xəbər verir ki, "Vətən marşı" adlanan bəstə üçün klip də ərsəyə gətirilib. Klipin ssenarisi və sözləri Aydın Tağıyevə, əsərin bəstəkarı və musiqi prodüsseri Camal Qurbanova məxsusdur. Musiqi əsərini Xalq artisti Alim Qasımov, Əməkdar artist Şölə Səfərəliyeva və tanınmış müğənnilər Amina Şirinova, Cavidan Fatehi, Anar Əhmədli, Tofiq Hacıyev və Murad Laçınlı ifa ediblər. Şeiri isə Aktyor Vüsal Murtuzəliyev səsləndirib. Klipin istehsalı "Kingstar Production" və "Lua Media" şirkətlərinə məxsusdur. Rejissoru isə Ramal Nəsiblidir.
Eyni zamanda klipdə tarda Samir Səlimov, kamançada Pərviz Əliyev, zərb alətlərində Vəfadar Ramiz, bass gitarada Hüseyn Əliyev, fon vokalda "Lua Family" ifa edirlər.
Qeyd edək ki, "Vətən Marşı" şeiri bir neçə ay öncə aktyorlar tərəfindən də səsləndirilib.
Müəllifin sözügedən şeirini təqdim edirik:
"Vətən" şeiri
Söylə qardaş, Vətən nədir?
Üç rənglinin dalğasında məğrur duran igid torpaq!
Bu torpağın dərdi nədir?
Bağrı qanlı, şəhid oğlu Qarabağ!
Bu diyarın qızıl səsi haradır?
Qalib torpaq, xan qalası Şuşadır!
Nağıl kimi xoşbəxt şəhər, qədim diyar haradadır?
Yerlə-yeksan olmuş Ağdam indi xəyallardadır!
Bu diyarın köksündə canı haradır?
Ağrı dağdan boylanan, Zəngəzura meylin salan, qədim diyar Naxçıvan!
Vətənimin bədənindən bir əsirlik ayrı düşən canı kim?
Arazın sağ tərəfində gözü yolda Təbrizimdir, Təbrizim!
Bu millətin sağalmaz yarası varmı?
Var! Viranə Xocalı, günahsız körpələr, yazıq qocalar,
 Haqqın gözü sənin üçün bir ömür ağlar!
Göy üzündə qarlı dağlar haradır?
Ay Laçındır, Böyük Murov, can Kəlbəcər, çılğın, cavan Dəlidağ!
Ana Vətən övladıdır bu dağlar!
Bizdən qopan tarixin gözün oyan, haqları kor qoyan səhv hansıdır?
O İrəvan, eh İrəvan köksündə yan, dönəcəkdir Azərbaycan!
Qədim paytaxt, məğrur şəhər haradır?
O Gəncədir, Cavad xandan yadigar!
Odlar yurdu, baxan gözün haradır?
Xəzərin qoynundakı əziz şəhərdir Bakı!
Aydın!
Bu torpaqlar Vətən üçün can deməkdir!
Yaşlanıb ölmək üçün arzu-kam deməkdir!
Üç rənglinin günəşi Azərbaycan deməkdir!
Xatırladaq ki, bu şeir müəllifin vətənpərvərlik mövzusunda yazdığı ikinci şeiridir. Bundan əvvəl, Aydın Tağıyev Vətən müharibəsi zamanı şəxsi təşəbbüsü ilə iki layihənin rəhbəri və təşkilatçısı olub. Bunlardan biri ölkənin 20-yə yaxın tanınmış simalarının - dövlət, hökümət nümayəndələri, media nümayəndələri, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak etdiyi "Qarabağ həqiqətləri  1992-2020" layihəsidir. Digəri isə qələbəmizin şərəfinə yazılan və müəllif hüquqları müəllifə məxsus "İlk Zəfər Marşı"dır.
Həmçinin, müstəqil araşdırmaçı jurnalist müəllifi olduğu və 10 dildə dünya mətbuatında yayımlanan məqalələrindən ibarət "Fədakarlar bir amalın uğrunda" kitabını Ümummilli lider Ulu öndər Heydər Əliyevə ithaf edib.
Qeyd edək ki, müəllifin "Vətən" layihəsi hazırda şəhid ailələri ilə davam edir və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

Sosial       Tarix: 03 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən şad xəbər valyuta mezennesi 2026 sosial yardim