AYNA-dan qanunsuz ADDIM - "Bakıxanov Rezidens"in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb

AYNA-dan qanunsuz ADDIM - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsində yaşayan bir qrup sakin parkinq problemindən şikayətçidir.
Ülvi Rəcəbov küçəsindəki "Bakıxanov Rezidens"in sakinləri avtomobillərini saxlamağa yer tapa bilmirlər.
Belə ki, sakini olduqları binanın idarəçiləri həyətə girişi qadağan ediblər. Binanın yeraltı qarajında yer almağa da hər sakinin imkanı yoxdur. Ona görə də sakinlər indiyədək avtomobillərini binanın qarşısından keçən Ülvi Rəcəbov küçəsində saxlayırdılar. Amma bu günlərdə həmin küçəyə də "dayanma-durma qadağandır" işarəsi quraşdırılıb.
Ona görə də avtomobil sahibləri nə edəcəklərini bilmirlər.
Məsələ ilə bağlı "Bakıxanov Rezidens"lə əlaqə saxladıq. Qurumdan Fəzli adlı şəxs Bizim.Media-ya bildirdi ki, binanın həyətinə giriş qadağandır:
"Həyət ancaq sakinlərin istirahəti üçündür. Orda avtomobil saxlamaq olmaz".
Bəs, "bina inşa edilərkən niyə avtomobillərin dayanması üçün yer ayrılmayıb?" sualımıza isə rezidentin təmsilçisi cavab verməkdən boyun qaçırıb.
O, "başqa yerdəyəm, danışa bilmirəm", - deyərək telefonun dəstəyini asıb.
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, həmin küçəyə yol nişanı yeni quraşdırılıb:
"Ona görə də sakinlərə məsləhət görürük ki, AYNA-ya müraciət etsinlər. Onların müraciətinə əsasən AYNA yolun müəyyən hissəsində avtomobil saxlamaq üçün yer ayıra bilər".
Yola yeni quraşdırılan yol nişanı ilə bağlı Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, yol nişanlarının quraşdırılması AYNA-səlahiyyətinə aiddir.
"Sakinlər üçün parklanma yeri təşkil edilməlidir"
Nəqliyyat üzrə ekspert Aslan Əsədov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, belə vəziyyətdə binanın sakinləri müvafiq orqanlara Baş Dövlət Yol Polisi İdarəsinə və AYNA-ya yazılı şəkildə müraciət etməlidir:
"Ərizəçilərin adı çəkilən ünvanda qeydiyyatda olması mütləqdir. Onlar bildirməlidirlər ki, rəsmi şəkildə ev alıblar. Amma avtomobillərini saxlamaq üçün ətraf ərazidə yer yoxdur. Ona görə də yaxın ərazidə avtomobillərinin parklanması üçün yer təşkil edilməlidir.
Məhz bu müraciətdən sonra AYNA vətəndaşların müraciətini müsbət həll etməlidir və ən yaxın ərazidə parklanma yeri yaradılmalıdır.
Özü də tam ödənişsiz. Çünki bunu "Yol hərəkəti haqqında" qanun və müvafiq təlimatlar deyir. Mövcud qanunvericiliyimizdə belə bir tələb də var ki, vətəndaşlar yaşadıqları ərazi üzrə parklanma ilə təmin olunmalıdırlar".
Şikayətlərlə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
AYNA-dan qanunsuz ADDIM - AYNA-dan qanunsuz ADDIM - AYNA-dan qanunsuz ADDIM - AYNA-dan qanunsuz ADDIM - AYNA-dan qanunsuz ADDIM - AYNA-dan qanunsuz ADDIM - AYNA-dan qanunsuz ADDIM -

Sosial       Tarix: 29 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri son xeberler azerbaycan son xeberler 2026 bu gunun xeberleri haqqinda melumat