AYNA-ya yeni vəzifələr və hüquqlar verildi

AYNA-ya yeni vəzifələr və hüquqlar verildiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliuyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) yeni vəzifələr və hüquqlar verilib.
azxeber.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin qurumun Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.
Fərmana əsasən, AYNA-nın yeni vəzifələri aşağıdakılardır:
- Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək;
- taksi minik avtomobilləri üçün nişanlanma xətləri əsasında duracaq yerlərini müəyyənləşdirmək və idarə olunmasını təmin etmək;
- Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etmək;
- Bakı şəhərinin inzibati ərazisində nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqlarının yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) və mühafizə olunan duracaqlarını idarə etmək;
-. piyada-yol infrastrukturunun təşkilində iştirak etmək;
- yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin yerlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirmək və ya dəyişdirmək, onların quraşdırılmasına (çəkilməsinə) və lazımi qaydada saxlanılmasına nəzarət etmək;
- avtomobil yollarının normativ hüquqi aktlarla və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirmək və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görmək;
- yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy vermək;
- avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy vermək;
- avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək;
- avtomobil yollarında tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə, habelə həmin obyektlərdən yükdaşımaların iş rejiminə dair Nəqliyyatı Əlaqələndirmə Şurasına təkliflər hazırlamaq.
Agentliyin yeni hüquqları isə bunlardır:
- reysdənkənar hallarda saxlanılması üçün müvafiq duracaqları olmayan ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımaları həyata keçirən nəqliyyat vasitələrinin Agentliyin avtomobil qarajlarında və istehsalat bazalarında müqavilə əsasında ödənişli qaydada saxlanılması üçün şərait yaratmaq;
- ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımanı təşkil edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, eləcə də onların sürücülərinin reysqabağı tibbi müayinəsi üçün müvafiq şəraiti olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara belə yoxlama və müayinələrin Agentlik tərəfindən müqavilə əsasında ödənişli qaydada həyata keçirilməsi üçün şərait yaratmaq;
- sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində ödəniş alətlərinin quraşdırılmasını təmin etmək.

Sosial       Tarix: 16 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün cəbhədən son dəqiqə son xəbərlər azərbaycanda metbuat xeberleri