Aytəni qardaşı aldadaraq qəbiristanlığa çağırıb - TƏFƏRRÜAT

Aytəni qardaşı aldadaraq qəbiristanlığa çağırıb - TƏFƏRRÜATAbşeron rayonunda qardaşın bacısının boğazını kəsərək qətlə yetirməsi hadisəsinin təfərrüatı məlum olub.
Open.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, bir neçə il bundan əvvəl 1999-cu il təvəllüdlü Aytən Fərzalıyevanın anası və bacısı Yasamal rayon ərazisində yaşadığı mənzildə intihar edib.
O qeyd edib ki, həmin hadisədən sonra A.Fərzalıyeva uşaq sığnacağına yerləşdirilib:
"Həmin vaxt Aytənin 15 yaşı vardı. Onun anası ilə bacısı atasının təziqlərinə dözməyərək yaşadığı mənzildən özlərini ataraq intihar edib. Atası da bu işə görə həbs edilib. Biz bir dəfə Aytəni onun anası ilə bacısının qəbri üstünə aparmışdıq. Sonra Aytən bir nəfərlə qeyri-rəsmi nikahda yaşayırdı, ondan da uşaq dünyaya gətirdi. Qızın qardaşı hərbi xidmətdən gələndən sonra Aytənlə danışmağa başladı. Bu barədə Aytənin özü mənə demişdi ki, qardaşı ilə ev məsələlərini həll etmək istəyir. Mən də dedim ki, "gəl, sən əvvəl öz sənədlərini düzəltdir". Çünki onun ancaq doğum haqqında şəhadətnaməsi vardı. Uşağı dünyaya gələndən sonra hələ də sənəd ala bilməmişdi".
K.Ağazadə söyləyib ki, A.Fərzalıyeva dünən qardaşı Babək Fərzalıyevlə görüşüb:
"Mən bildiyim qədəri ilə qardaşı onu aldadıb, anası və bacısının qəbri üstünə aparıb. Sonra da qızı öldürüb. Onların görüşü barədə mənə məlumatı dünən gecə Aytənin qayınanası dedi. Yenə də səbəb olacaq ki, guya qardaş bacısını namus üstündə öldürüb. Onlar hansı namus, hansı qeyrətdən danışırlar? Aytən balaca olanda kafedə işləyib, evə atasına pul aparırdı. O, məktəbə getmirdi. Anası çox fağır bir qadın olub. Onların evlərində həmişə qalmaqal, şiddət olurdu. Belə də qisas olar? Qardaş onu aldadaraq aparıb öldürüb. Mənə elə gəlir ki, bu işdə onun atasının da əli var".
Qeyd edək ki, rəsmi məlumata əsasən, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzalıyev 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı boğazını kəsərək öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla hadisənin B.Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
A.Fərzalıyevanın azyaşlı körpəsi var. /open.az

Hadisə       Tarix: 25 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber bu gunun xeberleri son xeberler bugun en son xeberleri