Azad sahibkarlıq üçün mühit necə yaradılır? - DETALLAR

Azad sahibkarlıq üçün mühit necə yaradılır? - DETALLARMəlum olduğu kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib. Eyni zamanda, hər bir sahədə olduğu kimi, iqtisadi sferada da Ümummilli liderin əsasını qoyduğu siyasi kursu davam etdirən Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun inkişafını daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirərək, onun ümumi iqtisadiyyatdakı tutumunu 80 faizdən də yüksəyə qaldırıb. 
Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkədə sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılıb. Sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən müvafiq normativ hüquqi aktlar qəbul edilib. Müstəqillik illərində yaranmış əlverişli şərait nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyəti formalaşaraq müasir inkişaf səviyyəsinə gəlib çatmışdır.
Bunlarla yanaşı, bu gün ölkə iqtisadiyyatı qarşısında duran mühüm vəzifələrdən biri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, təkmilləşdirilməsi, onun dövlət tərəfindən müasir bazar iqtisadiyyatının prinsipləri əsasında daha səmərli tənzimlənməsidir. Təkcə qanunların qəbulu da kifayət deyil, real və praktiki olaraq iqtisadi azadlıqlar daha da genişləndilməlidir. Habelə sahibkarların hüquqları qorunmalıdır. Əslində iqtisadiyyatın tam liberallaşdırılmasına, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsinə, azad rəqabətə və iqtisadi azadlıqların təmin olunmasına daha çox ehtiyac var. Sənaye və xidmət sferası özəl sektorun və sahibkarlığın, kənd təsərrüfatı fermerlərin hesabına daha da inkişaf etdirilməlidir. Sahibkarlığa iqtisadi artımın əsası kimi baxılmalıdır. Ona görə də dövlət sahibkarlıq fəaliyyətinin inkişafını bundan sonra da stimullaşdırmalıdır. Sahibkarlığın inkişafına mane olan amillər isə aradan qaldırılmalıdır.
Müsbət haldır ki, artıq Azərbaycan iqtisadiyyatda keçid dövrünü arxada qoymuş və ölkədə bazar iqtisadi sistemi formalaşmışdır. Sahibkarlığın inkişafı istiqamətində həyata kəçirilən tədbirlər öz müsbət nəticələrini vermişdir. Ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni – davamlı inkişaf mərhələsinə qədəm qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik prinsiplərini rəhbər tutmaqla qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara "investisiya təşviqi sənədi"nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir.
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, azad sahibkarlıq üçün mühit yaradılmalıdır.
Azad sahibkarlıq üçün mühit necə yaradılır? - DETALLAR"Hərkəs üçün bərabər hüquqlu sahibkarlıq mühiti formalaşmalıdır. Təbii ki, paralel olaraq da qeyri-bərabər şərtlərdə formalaşmış təşəbbüslərin müəyyən qədər dəstəklənməsi məsələsi hökümətin gündəmində olub. Belə ki, məhz perspektivli idealar ortaya çıxır. Bu ideyaları həyata keçirəcək vəsait və yaxud təcrübənin olması vacib şərtdir. Artıq bu kimi hallarda hökümət öz dəstək mexanizmləri vasitəsilə dövriyəyə girir. Bununla yanaşı EKO sistem təşəbbüsləri dəstəklənməlidir. EKO sistemin bütün halqaları effektiv işləməlidir".
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusuna uyğun olaraq dərc edilir.
Azad sahibkarlıq üçün mühit necə yaradılır? - DETALLAR

Sosial       Tarix: 11 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag axsam az xeberler son xeberler bu gun cəbhədən son xəbər