AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlarAzərbaycanın milli aviadaşıyıcısı AZAL 2024–2025-ci illər üzrə payız-qış uçuş cədvəlini açıqlayıb.
azxeber.com xəbər verir ki, cədvələ AZAL-ın genişləndirilmiş marşrut şəbəkəsinin 50-dən çox istiqaməti, o cümlədən iki daxili - Naxçıvan və Füzuli şəhərlərinə reyslər daxildir.
Cədvəl 2024-cü ilin oktyabrının sonundan qüvvəyə minəcək və 2025-ci ilin martınadək davam edəcək. Biletlərin satışı artıq başlayıb. 
Əgər qış mövsümündə istidən zövq almaq istəyirsinizsə, AZAL Dubaya, Şarm-əl-Şeyxə, Antalyaya, Ciddəyə, Dammama reyslər təklif edir. 
Qış tətilinə üstünlük verənlər üçün Soçiyə, Mineralnıye Vodıya, Almatıya, Vyanaya dağ xizək kurortlarına reyslər mövcuddur. Eləcə də, Yeni ildə Moskvaya, Sankt-Peterburqa, Praqaya, Berlinə, Astanaya və AZAL marşrut şəbəkəsində təqdim edilən digər şəhərlərə də yola düşmək olar. Tələb olunan tarixlərdə reyslərdə yerinizi təmin etmək üçün biletləri əvvəlcədən bron etməyiniz tövsiyə olunur. 
Yay mövsümündə olduğu kimi, bu mövsümdə də AZAL Avropaya, o cümlədən, Praqaya, Berlinə, Barselonaya, Vyanaya, Parisə, Londona və Kişineuya uçuşların genişləndirilmiş proqramını təklif edir. Aviaşirkətin Bakıdan Rusiyanın 13 şəhərinə və Türkiyənin 5 şəhərinə reysləri mövcuddur. 
Asiyaya səyahətlər üçün Çinə, Hindistana, Pakistana, Qazaxıstana və Özbəkistana reyslər mövcuddur. Daha çox uçuş tezliyi Bakıdan Moskvaya, İstanbula, Dubaya, Tbilisiyə planlaşdırılıb. 
Qeyd edək ki, payız-qış mövsümü üçün nəinki elə indi bilet sifariş etmək, həm də, qidalanma, normadan artıq yükün daşınması, eləcə də xüsusi daşınma növləri kimi əlavə xidmətləri sifariş etmək olar. 
Aviaşirkətin rəsmi www.azal.az saytında cədvəli, uçuş şərtlərini dəqiqləşdirmək və bilet əldə etmək, eləcə də əlavə xidmətləri sifariş etmək olar. 
Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, yenilənmiş mobil tətbiqi vasitəsilə, eləcə də "Azərbaycan Hava Yolları"nın kassalarında və akkreditasiya olunmuş agentliklərində əldə etmək olar. 
AZAL-ın mobil tətbiqini keçidindən yükləmək olar.

İqtisadiyyat       Tarix: 22 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar son.xeber valyuta mezennesi 2026 siyaseti xeberler bugun