AZAL-la bağlı məsələ parlamentdə qaldırıldı
"Nə qədər ki, dəmiryolu, avtomobil yolu açılmayıb, Naxçıvana aviabiletlərin qiymətlərinin artırılması yoxsul, imkansız ailələr üçün problemlər yaradır".
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, 7-10 ildir müalicə üçün Bakıya gələ bilməyən ailələr var: "İran üzərindən quru yolu ilə də Naxçıvandan Azərbaycana gəlmək üçün əvvəllər də 30 AZN olan gediş haqqına əlavə 8 manat da artırılıb və hazırda 38 manat olub. Vaxt itkisini nəzərə alsaq, quru yolu ilə də gedib gəlmək heç də əlverişli deyil".
O, eyni zamanda vurğulayıb ki, Naxçıvana və Türkiyəyə olan aviabiletlər AZAL tərəfindən öncə turizm şirkətlərinə satılır: "Gürcüstanla müqayisədə Türkiyəyə Bakıdan olan aviabiletlərin qiymətləri 5-6 dəfə artıqdır. Qiymətlər baha olduğuna görə, tələbələr, Azərbaycan vətəndaşları ölkəmizə gələ bilmirlər.
Onlar yerli hava şirkətləri ilə (Türkiyə -red.) İğdıra, ordan Naxçıvana və daha sonra isə hava yolu ilə Azərbaycana gəlməli olurlar. Bu qiymət siyasətindən bütövlükdə bütün Azərbaycan əhalisi əziyyət çəkir. Təsəvvür edin, yalnız 20 gün, bir ay sonraya aviabiletlər tapılır. Düşünürəm ki, hökumət bu məsələ haqqında həssaslıqla düşünməli və qısa müddətdə Naxçıvan əhalisini bu əziyyətdən, zülmdən qurtarmalıdır".
Xatırladaq ki, ötən gün də F.Mustafa Bakı-Naxçıvan-Bakı aviareysi üzrə biletlərin tapılmaması ilə bağlı şikayət etmişdi. AZAL isə deputata cavab olaraq şirkətin Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri rəsmi saytında almağı təklif etdiyini açıqlamışdı: "Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı