"AZAL Miles"ın genişmiqyaslı yenilənməsi: sərnişinlər üçün daha çox onlayn imkanlar

Azərbaycanınmilli aviadaşıyıcısı AZAL "AZAL Miles" loyallıq proqramının tamamilə yenilənməsinivə rebrendinqini başa çatdırıb.
AZXEBER..COM xəbər verir ki, aviaşirkət qabaqcıl texnologiyalar və xidmətlərin rəqəmsallaşdırılmasını tətbiq etməklə müştərilərin şəxsi kabinetinimodernləşdirib. Bu dəyişikliklər istifadəçilərə unikal imkanlar təqdim edir.
Loyallıq proqramının yenilənməsi və şəxsikabinetin təkmilləşdirilməsi aviaşirkətin daha geniş transformasiyastrategiyasının bir hissəsidir. Bu təşəbbüslərin əsas məqsədi xidmət keyfiyyətininyüksəldilməsi və AZAL-ın beynəlxalq bazarda mövqeyinin möhkəmləndirilməsidir.
Transformasiya çərçivəsində yenilənmiş şəxsikabinet daha rahat və funksional olub. Rəqəmsallaşma sayəsində sərnişinlərbütün lazımi xidmətləri – aviabiletlərin alınmasından, rezervasiyaların idarəedilməsindən tutmuş millərin idarə edilməsinə qədər – onlayn şəkildə həyatakeçirə bilərlər. Şəxsi kabinetdə tətbiq olunan innovativ həllər "AZAL Miles"proqramı ilə qarşılıqlı əlaqəni xeyli asanlaşdırır və xidmətdən istifadənimümkün qədər rahat və səmərəli edir.
"AZAL Miles" loyallıq proqramının yeniversiyası əvvəlkini əvəz etməklə yanaşı, müştərilərə əvvəl mövcud olmayanimkanlar təqdim edərək funksionallığı və imtiyazları xeyli genişləndirib.Proqramın bütün aspektləri müasir rəqəmsal standartlara uyğun olaraq yenidənişlənib. Proqramın yeni "Fürsətləri səmada tutun" ("More miles, more skies")şüarı onun müasir səyahətçilərin ehtiyaclarına yönəlmiş yenilənmiş sistem kimistatusunu vurğulayır.
Proqramın əsas yeniliklərinə aşağıdakılardaxildir:
- İmtiyazların sayının artması;
- Millərin sürətli toplanması və istifadəsi;
- Eksklüziv təkliflərə çıxış;
- "Classic", "Gold" və "Platinum"statuslarına əlavə olaraq iki yeni status – "Silver" və "Elite" tətbiq olunub.
Proqramın bütün statusları üzrəimtiyazlarına aşağıdakılar daxildir:
- Ön və geniş oturacaq seçimləri;
- Ödənişsiz baqaj;
- Sürətli keçid;
- Biznes zala pulsuz giriş;
- Xidmət sinfinin ödənişsiz yüksəldilməsi;
- Mükafatlandırıcı aviabiletin tarixinin cəriməsizdəyişdirilməsi;
- Prioritetli qeydiyyat və təyyarəyə minik;
- Prioritetli baqaj daşınması. 
"AZAL Miles"ın əsas xüsusiyyətləri:
- Ailə hesabı: ailə üzvlərinə millərini birhesabda toplamaq imkan yaradır;
- Mükafatlandırıcı aviabilet: artıq mil ilə bilet satılan istiqamətlərüzrə mükafatlandırıcı aviabiletlərə limit tətbiq olunmur;
- Millərin köçürülməsi: proqramiştirakçıları milləri bir-birilərinə köçürə biləcəklər;
- Millərin alışı: iştirakçılar həm özlərinə,həm də digər iştirakçılar üçün ödənişli şəkildə millər ala bilərlər;
- Status ballarının alışı: istifadəçilərstatuslar üzrə müəyyən tələblərdən sonra ödənişlə status ballarını ala bilərlər;
- Millərin status ballarına çevrilməsi: əlavəimtiyazlar və daha çox ölkəyə uçmaq imkanı əldə etmək üçün yeni funksiya;
- Müddəti bitmiş millərin bərpası:iştirakçılar müddəti bitmiş milləri müəyyən şərtlərlə bərpa edə bilərlər.
Yenilənmiş proqramda iştirakçılarımız üçünhədiyyələr də hazırlanıb. Belə ki, ilk uçuş və hər bir yeni statusa keçidzamanı "Xoş gəldin" milləri, eləcə də doğum günü milləri təqdim edilir.
Dəyişikliklər zamanı aşağıdakı güzəştlər tətbiqedilib:
1. Bütün iştirakçıların milləri bitmə müddətindənasılı olmayaraq 2027-ci ilin avqust ayına qədər 3 il müddətinə uzadılıb.
2. Status balları üçün son 12 ay deyil, son20 ay ərzində həyata keçirilən uçuşlar nəzərə alınıb.
3. Yeni proqram istifadəyə verilən gündənsonra uçuş edən hər bir iştirakçıya 300 "Xoş gəldin" mili hədiyyə edilir.
4. Heç bir uçuş etməyən əvvəlki "Gold"statuslu iştirakçılar ən azı "Silver", "Platinum" statuslu iştirakçılar isə ənazı "Gold" statusunda saxlanılıb. Ən azı 1 dəfə uçuş edənlər isə özstatuslarında saxlanılıb.
5. Öncəki "Classic", "Gold", "Platinum"statuslu iştirakçılar həyata keçirdikləri uçuşlardan asılı olaraq "Elite"statusuna yüksələ bilərlər.
6. 18 yaşdan yuxarı hər kəs və ya valideynköməyi ilə 2 yaşdan yuxarı uşaqlar şəxsi kabinetdə qeydiyyatdan keçməkləproqramın iştirakçısı ola bilər.
Ətraflı məlumat üçün www.azal.az/az/azal-miles/discovery/faq linkinə keçid edəbilərsiniz.
Bu dəyişikliklər şəxsi kabinetin modernləşdirilməsivə "AZAL Miles" proqramının yenilənməsinin aviaşirkətin ümumi transformasiyastrategiyasının bir hissəsi olaraq xidmət və müştəri təcrübəsini təkmilləşdirməyəyönəlmiş iki fərqli, lakin bir-biri ilə əlaqəli layihə olduğunu vurğulayır.

İqtisadiyyat       Tarix: 03 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar son.xeber valyuta mezennesi 2026 siyaseti xeberler bugun