AZAL prezidenti Cahangir Əsgərova mükafat verildi

AZAL prezidenti Cahangir Əsgərova mükafat verildiSon günlər Naxçıvana təyyarə biletlərinin bahalığı və bu istiqamətə reyslərin azlığına görə tənqid hədəfinə çevirilən AZAL prezidenti Cahanghir Əsgərov mükafat alıb.
azxeber.com xəbər verir ki, bu haqda şirkətin yaydığı xəbərdə bildirilir. Xəbərə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu  Mərkəzi Asiya və MDB üzrə ardıcıl olaraq beşinci dəfədir ki, ən yaxşı hava limanları reytinqinə başçılıq edir. 
Azərbaycanın əsas hava limanı növbəti dəfə nüfuzlu "Skytrax" beynəlxalq agentliyinin qiymərləndirməsinə görə World Airport Awards 2022 "Mərkəzi Asiya  və MDB üzrə ən yaxşı hava limanı" mükafatına layiq görülmüşdür. Hava limanları üçün bu mükafat sənayenin keyfiyyət etalonudur.
Həmçinin bu il ilk dəfə olaraq Bakı hava limanı daha bir mühüm nominasiyada – "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti" nominasiyasında qalib olub.
"Biz şadıq ki,  Heydər Əliyev Beynəlxalq Aeroportunda sərşinlərə göstərilən yüksək səviyyəli xidmət növbəti dəfə ən yüksək qiymətə layiq görülüb. Təqdim edilən mükafatlar bir daha Azərbaycanın aviasiya sənayesinin inkişafına göstərdiyimiz xidmət və töhfələrimizin xarici həmkarlarımız tərəfindən təsdiq olunduğunu sübut edir", - deyə AZAL prezidenti  Cahangir Əsgərov bildirib.
2022-ci il üçün Skytrax mükafatları dünyanın 100-dən çox ölkəsində 2021-ci ildən 2022-ci ilədək 8 ay ərzində keçirilən World Airport Survey sorğusuna əsaslanır. Sorğu zamanı hava limanlarında sərnişinlərə göstərilən xidmətin və hava limanı xidmətlərinin keyfiyyəti qiymətləndirilib. 
Bu xidmətlər sırasında əsas səmərəlilik göstəriciləri üzrə sərnişinlərin qeydiyyatı, gəlmə və transfer zonaları, təhlükəsizliyə nəzarət, alış-veriş, pasport nəzarəti və uçuş prosedurları əsas meyar kimi seçilir.
"Skytrax"ın World Airport Awards mükafatı beynəlxalq mülki aviasiyada ən nüfuzlu mükafatlardan biridir.
Hava limanlarının reytinqi xidmət keyfiyyətinin qiymətləndirilməsinin tədqiqi vasitəsilə formalaşır, hava limanları çoxsaylı meyarlar əsasında qiymətləndirilir.
Yoxlama və təqdim olunan mükafat hava limanının nəzarətindən və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyünün və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir.

Sosial       Tarix: 17 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler cəbhədən ən son xəbərlər xabar az xeberler azerbaycan