AZAL prezidenti Pakistan və Bolqarıstan səfirləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

AZAL prezidenti Pakistan və Bolqarıstan səfirləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edibAZAL prezidenti Pakistan və Bolqarıstan səfirləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün AZAL prezidenti Cahangir Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi və Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə işgüzar görüş keçirib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, Pakistanın səfiri ilə görüşdə Azərbaycan ilə Pakistan arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin sərnişin axınının artırılması üzrə perspektiv planlar müzakirə edilib. Tərəflər qeyd ediblər ki, həyata keçirilən əksepidemik tədbirlər COVID-19 ilə bağlı hazırkı vəziyyətin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb.  
Görüş zamanı ölkələr arasında hava əlaqəsinin bərpasının vacibliyi vurğulanıb. "Pakistan International Airlines" aviaşirkəti bu həftə Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.
Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə stimul verəcək. Səfir Bilal Hayinin sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan verəcək.
AZAL prezidenti Cahangir Əsgərovun Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə görüşündə tərəflər arasında ideyalar, proqnozlar, mülki aviasiya sahəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb və iki ölkənin aviaşirkətləri tərəfindən əksepidemik məhdudiyyətlərdən çıxış üçün görülən tədbirlər barədə məlumat verilib. Görüş zamanı Cahangir Əsgərov və Nikolay Yankov Sofiya ilə Bakı arasında aviareyslərin bərpası perspektivlərini müzakirə ediblər.
AZAL prezidentinin sözlərinə görə, Azərbaycanın bütün hava limanlarında beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. Cahangir Əsgərov qeyd edib ki, bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir. 
Səfir Nikolay Yankovun sözlərinə görə, gələcək qarşılıqlı faydalı və sıx əməkdaşlıq iki ölkə arasında işgüzar və mədəni əlaqələrin inkişafına xidmət edəcək. /oxu.az

Turizm       Tarix: 14 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun axsam az xeberler ən son xəbərlər bugün xeber.az bu gun