AZAL uçuş cədvəlindəki dəyişikliklərə qarşı sığorta xidmətini istifadəyə verdi

AZAL uçuş cədvəlindəki dəyişikliklərə qarşı sığorta xidmətini istifadəyə verdiAZCON Holding şirkətlərindən olan "AzərbaycanHava Yolları" (AZAL) sərnişinlərinə uçuş cədvəlində yarana biləcək gözlənilməzdəyişikliklərə qarşı əvvəlcədən qorunmaq imkanı yaradan DAFAR ("DisruptionAssistance For Any Reason") adlı yeni rəqəmsal xidməti istifadəyə verib. Bu xidmətgecikmə və ya reysin ləğvi kimi hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə tutur. 
azxeber.com xəbər verir ki, DAFAR xidməti AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqində biletin bron edilməsi mərhələsində əlavəseçim kimi təklif olunur. Xidmət səyahət texnologiyaları üzrə qlobal platformaolan HTS ("Hopper Technology Solutions") ilə tərəfdaşlıq çərçivəsində tətbiqedilib.
DAFAR ödənişli əsasda təqdim edilir və xidmətindəyəri istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonrasistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha çox gecikməsi,yaxud həmin gün ləğv olunması halında sərnişinə bildiriş göndərilir vəaşağıdakı seçim imkanları verilir:
müəyyən edilmiş limit çərçivəsində əlavə ödəniş etmədən marşrut üzrəuçuş həyata keçirən istənilən aviaşirkətə biletin yenidən bron edilməsi;
bilet dəyərinin 100% geri qaytarılması və sərnişinin istəyi ilə səyahətinilkin biletlə davam etdirilməsi.
Yeni xidmətin istifadəyə verilməsinəmünasibət bildirən "Azərbaycan Hava Yolları"nın baş kommersiya inzibatçısı CəmilManizadə qeyd edib ki, AZAL səyahətçilərin dəyişən ehtiyaclarına uyğun müasir həllərintətbiqinə xüsusi diqqət yetirir. "Bu tərəfdaşlıq müştəri loyallığının güclənməsinəvə sərnişinlər üçün daha çevik, operativ xidmətin təmin edilməsinə imkanyaradacaq".
"Hopper" və HTS-in prezidenti və həmtəsisçisiDakota Smit isə öz növbəsində bildirib: "Azərbaycan Hava Yolları ilə əməkdaşlıqetməkdən və Avrasiya regionunda sərnişinlər üçün imkanları genişləndirməkdənqürur duyuruq. Fintex həllərimiz sərnişinlər üçün əlavə dəyər yaradır."
Qeyd edək ki, HTS məlumat analitikası vəsüni intellekt əsaslı texnologiyalar vasitəsilə müasir səyahətçilərə dəstək məqsədiləfintex həlləri hazırlayan aparıcı qlobal səyahət texnologiyalarıplatformasıdır. Şirkət dünyanın ən böyük bankları, aviaşirkətləri və turizmxidmətləri təminatçıları ilə əməkdaşlıq edir, qiymət dəyişkənliyi və səfərzamanı yarana biləcək dəyişikliklər daxil olmaqla geniş spektr üzrə əlavə məhsullartəqdim edir.

İqtisadiyyat       Tarix: 04 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar axsam az xeberler apa.az xeberler valyuta mezennesi 2026