AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib: yeni yanaşmalar və beynəlxalq təcrübə
AZCON Holdingşirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuş təhlükəsizliyininidarə olunmasının təkmilləşdirilməsi və məsuliyyət mədəniyyətinin gücləndirilməsiməqsədilə Bakıda "AZAL Uçuş Təhlükəsizliyi Günü" ("AZAL Flight Safety Day")adlı tədbir keçirib.
AZCON Holdinqin nümayəndələri, AZAL-ın rəhbər heyəti, Milli Aviasiya Akademiyasının,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyininvə digər tərəfdaş qurumların tədbirdə birgə iştirakı milli aviadaşıyıcının yüksəktəhlükəsizlik standartlarına, inkişafa və sərnişin etimadının möhkəmləndirilməsinəverdiyi önəmi nümayiş etdirdi.
Böyük Britaniya MülkiAviasiya İdarəsinin ("UK Civil Aviation Authority", UK CAA) dəstəyi ilə keçiriləntədbirdə spikerlər sırasında beynəlxalq səviyyəli mütəxəssislər – BöyükBritaniya Mülki Aviasiya İdarəsinin təhlükəsizlik və hava məkanının tənzimlənməsiüzrə direktoru Cankarlo Buono, təhlükəsizlik idarəçiliyi və insan‑təşkilatiamillər üzrə tanınmış ekspert Saymon Roberts yer alıblar.
Spikerlər şirkətdə təhlükəsizliküzrə korporativ mədəniyyətin formalaşdırılmasında qabaqcıl yanaşmalar barədə məlumatverib, bu sahədə şəffaflıq, məsuliyyət və liderliyin gündəlik fəaliyyətinayrılmaz hissəsi olduğunu xüsusi vurğulayıblar.
"Azərbaycan Hava Yolları"QSC-nin prezidenti Samir Rzayev çıxış edərək uçuş təhlükəsizliyinə həsr olunmuşbu tədbirin AZAL üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. "Bu təşəbbüsyalnız rəhbər heyətimizin peşəkar bacarıqlarını gücləndirmir, həm də məsuliyyətvə şəffaflıq mədəniyyətinin davamlı inkişafına dəyərli töhfə verir. Bu prinsipləraviasiya təhlükəsizliyi sistemimizin əsasını təşkil edir və AZAL-ın etibarlı, təhlükəsizbeynəlxalq hava daşıyıcısı kimi nüfuzunu möhkəmləndirir", - deyə S.Rzayevbildirib.
Qeyd edək ki, təlimproqramı, ümumilikdə uçuş təhlükəsizliyi sahəsində liderlik bacarıqları, müsbətkorporativ mədəniyyətin formalaşdırılması, dəyişikliklərin effektiv idarəolunması, insan amilinin təhlükəsizlik sisteminə inteqrasiyası, təhlükəsizlikidarəetmə sisteminin (SMS) səmərəliliyinin artırılması və digər əsas mövzuları əhatəedib.
"AZAL Uçuş TəhlükəsizliyiGünü" tədbiri həm təcrübə mübadiləsi üçün platforma, həm də rəhbərliyin məsuliyyətivə əməkdaşların fəal iştirakı əsasında təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsinəyönəlmiş mühüm təşəbbüs olub.
Tədbirlə bağlı hazırlanmış videoçarxı bu linkdənizləyə bilərsiniz: . / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır