AZAL və Moldova nümayəndələri arasında görüş keçirilib
"Azərbaycan Hava Yolları" (AZAL) QSC və MoldovaRespublikası nümayəndə heyəti arasında görüş baş tutub.
azxeber.com xəbər verir ki, görüşdə AZAL QSC-nin prezidenti Samir Rzayev, Moldova Respublikasının Baş nazirinin müavini,İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova HökumətlərarasıKomissiyasının həmsədri Vladimir Bolea, Moldova Respublikasının AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, AzərbaycanRespublikasının Moldova Respublikasındakı səfiri Ülvi Baxşəliyev, eləcə dəAZAL-ın və Moldova Respublikasının nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycanvə Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsiimkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişindaşımalarının artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləriətrafında fikir mübadiləsi aparılıb.
AZAL prezidentiSamir Rzayev görüş zamanı bildirib ki, artan tələbatdan irəli gələrək 2025-ciilin aprel ayından etibarən Bakı–Kişineu–Bakı reyslərinin sayı həftədə 5 dəfəyəçatdırılıb. Cari ilin may ayında isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədərartırılması planlaşdırılır.
Moldova nümayəndəheyətinin rəhbəri Vladimir Bolea və səfir Aleksandr Esaulenko AZAL ilə əlaqələriyüksək qiymətləndirərək Moldova tərəfinin əlaqələrin inkişafına hərtərəfli dəstəkverməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki,Bakı–Kişineu–Bakı marşrutu üzrə müntəzəm uçuşlara 2023-cü ilin sentyabrındabaşlanılıb. 2024-cü ildə bu istiqamətdə 189 reys (gediş-dönüş) yerinə yetirilibvə 49 636 sərnişin daşınıb. 2025-ci ilin ilk üç ayında isə 51 reys(gediş-dönüş) icra olunub ki, bu istiqamət üzrə 12 180 sərnişin daşınıb.
Hər iki tərəf reyslərinartırılmasının sərnişinlər üçün əlavə rahatlıq yaradacağına, Azərbaycan vəMoldova arasında iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına da töhfəverəcəyinə əminliklərini ifadə edib.
Görüşdə həmçinin tərəflərarasında qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıqimkanları müzakirə olunub.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır