"Azər Paşaya halallıq verirəmsə, aktyorlar da versinlər" - Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı qalmaqal yaşadığı və illərdir küsülü olduğu mərhum Azər Paşa Nemətov barədə danışıb.
azxeber.com xəbər verir ki, OLAY-a danışan sənətçi yaşadığı mübahisələrə görə peşman olmadığını bildirib:
"Azər Paşanı 1-5 ildir deyil tanıyıram. Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu. Çox mütəəssir olmuşam. Amma mənə bir təskinlik var ki, şəxsi ambisiyamız üçün sözləşməmişdik, aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım. Təsəvvürümə gətirməzdim ki, Azər Paşa qəfil dünyasını dəyişəcək. İnanmazdım ki, xəstəliyə qalib gələ bilməyəcək, ölüm qarşısında əzmini qıracaq, amma deməli, var. Hər halda səmimi insan olduğuma inanarsınız. Özüm istəməsəm, mənə heç kim bu sözləri dedirdə bilməz. Heyfisləndiyim bir şey var - uzaqdan da olsa, bu yaxınlarda onu bir dəfə görəydim. Bizim zəmanənin dostluğu ilə indiki dostluğun çox fərqi var. Həmişə sənətkarların arasında insanların rifahı üçün belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı".
Sənətçi sosial mediada A.P.Nemətov barədə status yazan həmkarlarına isə bu məsləhəti verib:
"Heç bir peşmanlığım yoxdur. Necə ki, təklifimi eşidib Prezidentim maaşları qaldırdı, yenə də aktyorlara diqqət göstərəcəyinə əminəm. Peşman deyiləm, umacağım yoxdur. Hansısa hərəkəti edəndə özümə güvənirəm, başqasından heç nə güdmürəm. İctimai həyatda gördüyüm işləri müəyyən adamlar bilirlər. Heç vaxt belə müsahibələr verməmişəm, bundan zövq alıram. Heç birindən narazı deyiləm. Hikmət həddindən ziyadə istedadlı oğlandır. Ona qarşı haqsızlıq olub. Amma yenə deyərdim ki, Hikmət balam (Aktyor Hikmət Rəhimov - red.) elə status yazmazdı. Əgər mən halallıq verirəmsə, onlar da halallıq versinlər. Bu, onların böyüklüyüdür. Allah rəhmət eləsin! Öz halallığımı verdim. Əminəm ki, hər şey yaxşı olacaq!".
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi