"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
Hörmətli səhmdar!
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti sizin nəzərinizə çatdırır ki, 25 avqust 2026-cı il tarixində keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının (bundan sonra – ümumi yığıncaq) tarixi dəyişmişdir.
Ümumi yığıncaq 28 sentyabr 2026-cı il tarixində saat 12:00-da Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə dəyişiklik edilməmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və Bankın nizamnaməsinin 7.6-cı bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərtilə bildirişə əlavə olunan səsvermə bülleteni formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında, Bankın inzibati binasına 2026-cı il sentyabrın 28-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir. / azxeber.com

Harri Keyn əməliyyat olundu - Foto
İranda zəlzələ oldu: Naxçıvanda hiss edildi
Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev
Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər
İlham Əliyev Livan prezidentini təbrik etdi
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
"Neftçi" liderliyə yüksəldi - "Qarabağ" "Kəpəz"ə qarşı
Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Gürcüstanda surroqat analıq qadağan edilir
Payızda immuniteti zəiflədən amillər – Özünüzü necə qorumalısınız?
Avtobus və taksi qiymətləri yenidən artacaq? - Rekord göstərici
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionundakı kimi hiss edirdik"
Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi
Yalçın Babayev işdən azad edildi
Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar - SİYAHI