Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…
"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasına uyğun olaraq baxılmasına gətirib çıxarır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, ünvanlı sosial yardım proqramı üzrə şərtlərin təkmilləşdirilməsi və yenidən nəzərdən keçirilməsi davamlı olaraq həyata keçirilir:
"Məqsəd daha çox vətəndaşın, xüsusilə də sosial təminata ehtiyacı olan şəxslərin ünvanlı sosial yardım proqramına cəlb edilməsindən ibarətdir. Növbəti illərdən etibarən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım məbləğinin də artmasına gətirib çıxaracaq. Çünki ünvanlı sosial yardımın məbləği hesablanarkən ailənin ümumi xərcləri nəzərə alınır. Məsələn, ailədə beş nəfər varsa, hər bir şəxs üzrə ehtiyac meyarına uyğun xərc hesablanır, daha sonra ailənin gəliri ilə xərcləri arasındakı fərq müəyyənləşdirilir. Əgər ailənin gəliri ümumi xərclərindən azdırsa, həmin fərq dövlət tərəfindən ünvanlı sosial yardım proqramı çərçivəsində ödənilir".
Deputatın sözlərinə görə, ehtiyac meyarının artırılması praktiki olaraq növbəti ildən etibarən ünvanlı sosial yardım proqramına yeni müraciət edəcək vətəndaşların sosial yardım məbləğlərinin yüksəlməsinə səbəb olacaq:
"Nəticədə həm yeni müraciət edən, həm də ünvanlı sosial yardım proqramında iştirak müddəti başa çatdıqdan sonra yenidən müraciət edən vətəndaşların alacaqları sosial yardım məbləğində artım olacaq. Bu da onların dövlət büdcəsindən daha çox sosial yardım almasına imkan yaradacaq".
Aynur Babazadə

Daha bir həkim qəfil vəfat etdi
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏ
ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR
Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat
Suraxanıda maşın yandı
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
İlham Əliyev Mahmud Abbası təbrik etdi
Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub oldu
Millimiz yoldaşlıq oyununa çıxacaq
Fuad Nəcəfli uzun müddət sonra göründü - FOTO
Daha bir vəkil həbs edildi
İdeyaların yerini fırıldaqçılar tutanda: Dünya siyasətinin acınacaqlı mənzərəsi