Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu
Dövlət bankı Azər Türk Bankın 01 iyul 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artaraq, 850 milyon manat səviyyəsində olub.
azxeber.com xəbər verir ki, bankın kredit portfelinin həcmi 406,8 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 42% çoxdur.
2023-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəlməklə 43,5 milyon manat, xərcləri 36,4 milyon manat olub.
Hesabat dövründə Azər Türk Bank 7 milyon manatdan çox xalis mənfəət əldə edib.
Bankın məcmu kapitalının həcmi 34% artaraq, 71,5 milyon manat olmuşdur. Cəmi bank öhdəliklərinin həcmi 43% artımla 772,6 milyon manat səviyyəsindədir. Bankın depozit portfeli 73% böyüyərək, 383 milyon manat təşkil etmişdir. Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın gəlirlilik əmsalı (ROE) 20,7% təşkil edib.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib