Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü
Azər Türk Bank beynəlxalq nüfuza malik Capital FinanceInternational (CFI.co) tərəfindən "Green Banking Sustainability PioneerAzerbaijan 2026" ("Azərbaycanda Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə PionerBank - 2026") mükafatına layiq görülüb.
Bu nüfuzlu mükafat bankın dayanıqlı inkişaf prinsiplərinin fəaliyyətəinteqrasiyası, ESG yanaşmasının tətbiqi və yaşıl maliyyələşdirmənin təşviqiistiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin beynəlxalq səviyyədətanınmasının göstəricisidir.
CFI.co ekspertlərindən ibarət münsiflər heyəti Azər TürkBank-ın ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini biznesproseslərinə sistemli şəkildə inteqrasiya etməsini, eləcə də ölkədə dayanıqlımaliyyə ekosisteminin formalaşmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
Bank dayanıqlı inkişaf strategiyası çərçivəsində AzərbaycanMərkəzi Bankının hazırladığı "2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsi"ninprioritet istiqamətlərinə uyğun fəaliyyət göstərir. ATB yaşıl maliyyələşdirməportfelini genişləndirir, həmçinin milli Yaşıl Taksonomiya və beynəlxalqdayanıqlı bankçılıq standartlarına uyğun maliyyə həllərini tətbiq edir.
Bu istiqamətdə mühüm addımlardan biri kimi 2025-ci ildə banktərəfindən təqdim edilən "Green Business" məhsulu bərpa olunan enerji,tullantıların idarə olunması, su ehtiyatlarının qorunması, səhiyyə və ətrafmühitin mühafizəsi sahələrində layihələrin maliyyələşdirilməsinə xidmət edir. Məhsuldayanıqlı inkişaf təşəbbüslərini həyata keçirən sahibkarlara əlverişli maliyyələşdirməşərtləri və əlavə üstünlüklər təqdim edir.
Qazanılan mükafat Azər Türk Bank-ın dayanıqlı maliyyələşdirməsahəsində aparıcı mövqeyini bir daha təsdiqləyir və bankın müştərilər, cəmiyyətvə ətraf mühit üçün uzunmüddətli dəyər yaratmaq öhdəliyinə sadiqliyini nümayişetdirir.
Capital Finance International (CFI.co) iqtisadiyyat,maliyyə və biznes sahələrini əhatə edən beynəlxalq nəşrdir. CFI.co-nun illikmükafat proqramı innovativ yanaşmaları, qabaqcıl təcrübələri və fəaliyyət göstərdiklərisahələrin inkişafına mühüm töhfə verən təşkilatları qiymətləndirir vəmükafatlandırır. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür