Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏB

Maaş artır, amma dolanışıq çətinləşir – SƏBƏBAilə büdcəsinin böyük hissəsi artıq gündəlik tələbatların qarşılanmasına sərf olunur. Ərzaq məhsulları, kommunal xidmətlər, kirayə haqları və digər zəruri xərclərin artması insanların maliyyə imkanlarını getdikcə daha çox məhdudlaşdırır. Gəlir və pensiyalarda müəyyən artımların olmasına baxmayaraq, bu dəyişikliklər hər zaman bahalaşmanın təsirini kompensasiya etmir. Xüsusilə sabit gəlirlə yaşayan, kirayədə qalan və kredit öhdəlikləri olan ailələr üçün aylıq xərcləri qarşılamaq, büdcəni düzgün bölüşdürmək və ayı borcsuz başa vurmaq ciddi çətinliyə çevrilir. Bu isə əhalinin real alıcılıq qabiliyyəti və gəlirlərin gündəlik yaşayış xərclərinə uyğunluğu məsələsini yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymət artımları dövlət tərəfindən edilən sosial ödənişlərin təsirini müəyyən qədər azaldır:
"İnflyasiyanın təxminən 55 faizi idxalla bağlıdır. Yəni idxal qiymətlərinin artması inflyasiyaya birbaşa təsir göstərir və dövlət bu qiymət artımlarına tam nəzarət edə bilmir. Mərkəzi Bank isə inflyasiyanın 6 faizdən aşağı olmasını narahatedici hesab etmir. Qurum özü üçün 2-6 faiz aralığını məqbul və idarəolunan inflyasiya həddi kimi müəyyənləşdirib. Bu çərçivədə 4 faiz ideal göstərici hesab olunur. İnsanların sosial vəziyyətinin yaxşılaşması yalnız dövlətdən asılı deyil. Dövlət, təbii ki, vətəndaşlara müəyyən sosial ödənişlər edir və onların rifahı üçün lazımi şərait yaratmalıdır. Lakin düşünməməliyik ki, minimum əməkhaqqının və sosial müavinətlərin artırılması insanların yaşayış səviyyəsini köklü şəkildə yaxşılaşdıracaq".
Ekspertin sözlərinə görə, dövlət yaşayış minimumunu, minimum əməkhaqqını, minimum pensiyanı və yaşa görə müavinətləri insanların ən azı minimal yaşayış standartları ilə təmin olunması üçün müəyyənləşdirir:
"İnsanların daha yaxşı, orta və ya yüksək həyat səviyyəsinə çatması isə öz qərarlarından, zəhmətlərindən və əldə etdikləri nəticələrdən asılıdır. Dövlətin sosial siyasətinin əsas məqsədi hər kəsi minimum yaşayış standartları ilə təmin etməkdir. Daha yüksək rifaha çatmaq üçün isə insanların özləri də səy göstərməli və bunun yollarını tapmalıdırlar".
Aynur Babazadə

İqtisadiyyat       Tarix: 28 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 00 AZN olan 165 pul mükafat

PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

PAŞA Bank 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbird

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" v

"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR

Noyabrın 23-də da Marsol Group və "Misri" restoranının birgə təşkilatçılığı ilə "İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olunub. xəbər verir ki, tədbirdə Marsol Group-un sponsor və partnyor şirkətlərini

Qızıl 2027-ci ildə də bahalaşacaq? – PROQNOZLAR

2027-ci ildə dünya bazarında qızılın qiymətinin yüksək səviyyədə qalacağı, lakin il ərzində müəyyən eniş və yüksəlişlərin yaşana biləcəyi gözlənilir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qiymətlərin gələcək istiqamət

Biznes krediti seçərkən diqqət edilməli əsas 7 məqam

Sahibkar biznesini inkişaf etdirmək, yeni avadanlıqlar əldə etmək, məhsul ehtiyatını artırmaq və ya fəaliyyət sahəsini genişləndirmək üçün əlavə maliyyə vəsaitinə ehtiyac duya bilər. Biznes krediti bu planları həyata keçirməy

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub

"Unibank" KB ASC 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən XBeynəlxalq Bankçılıq Forumunun (IBF 2026) tərəfdaşı olub. "Etibarlı, təhlükəsizvə dayanıqlı bankçılıq" mövzusunda keçirilən foru

Qızıl kəskin ucuzlaşdı

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulmuş qızıl füçersinin dəyəri 2025-ci il sentyabrın 2-dən bəri ilk dəfə olaraq bir trua unsiyası üçün 3 550 dollardan aşağı həddə geriləyib. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu cəbhədən görüntülər xeberler xəbərlər