Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu

Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 163 min 369 manat və ya 74,91% çoxdur.
Azərbaycan Mərkəzi Bankının "Ödəniş kartları ilə baş vermiş rəqəmsal fırıldaqçılıq statistikası" hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 2 milyon 887 min 957 manat olmuşdu.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatlarının həcmi 4 milyon 60 min 275 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 960 min 465 manat olub. Beləliklə, ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 2 milyon 99 min 810 manat və ya 107,11% artıb. Başqa sözlə, bu əməliyyatların məbləği bir ildən digərinə iki dəfədən çox yüksəlib.
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov bildirib ki, ödəniş kartları ilə bağlı fırıldaqçılıq əməliyyatlarının həcminin bir il ərzində 74,91 faiz artaraq 5 milyon manatı ötməsi rəqəmsal ödəniş ekosisteminin sürətlə böyüdüyü bir dövrdə ciddi siqnal kimi qiymətləndirilməlidir:
"Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin dövriyyəsi artdıqca kiberdələduzların da bu sahəyə marağı paralel şəkildə yüksəlir. Lakin statistikadakı bu kəskin artım bank sistemlərinin birbaşa texniki olaraq sındırılmasından daha çox, kiberdələduzların sosial mühəndislik üsullarını təkmilləşdirməsi və lokal mühitə uyğunlaşdırması ilə bağlıdır. Cinayətkarlar artıq ölkə vətəndaşlarının dilində, yerli poçt, kommunal xidmət, bank və ya dövlət qurumlarının adından hazırlanan yüksək inandırıcılığa malik saxta fişinq səhifələri və Süni İntellekt alətləri vasitəsilə istifadəçilərin psixoloji boşluqlarından istifadə edərək kart məlumatlarını onların öz əli ilə ələ keçirirlər".
Ekspert əlavə edib ki, bu problemin həllində bankların texniki təhlükəsizlik tədbirlərini gücləndirməsi vacibdir, lakin məsələyə yalnız birtərəfli yanaşmaq doğru olmaz:
"Müasir bank infrastrukturu və 3D Secure protokolları kifayət qədər etibarlıdır; fırıldaqçıların əksər hallarda istifadə etdiyi boşluq sistemin özü deyil, müştərinin birdəfəlik təsdiq kodunu (OTP) kənar şəxsə ötürməsidir. Bununla belə, banklar passiv müdafiədən proaktiv davranış analitikasına keçməli, Süni İntellekt əsaslı antifrod (dələduzluğa qarşı) sistemlərini daha da həssaslaşdırmalıdırlar. Məsələn, müştərinin adi vərdişlərinə uyğun gəlməyən məbləğlərin köçürülməsi, yeni cihazdan giriş və ya vəsaitin qısa müddətdə başqa hesablara yönləndirilməsi kimi şübhəli əməliyyatlar avtomatik dondurulmalı, yüksək riskli köçürmələr üçün əlavə təsdiq mexanizmləri və müəyyən gözləmə müddətləri tətbiq edilməlidir".
Elvin Abbasovun sözlərinə görə, fırıldaqçılığın qarşısını almaq üçün bankların texniki addımları ilə yanaşı, tənzimləyici qurumların, mobil operatorların və vətəndaşların birgə fəaliyyəti zəruridir:
"Oğurlanmış vəsaitlərin nağdlaşdırılmasında vasitəçi kimi istifadə olunan "pul qatırı" (money mule) hesablarının sahiblərinə qarşı hüquqi məsuliyyət sərtləşdirilməli və şübhəli köçürmələrin izlənilməsi üzrə banklararası operativ məlumat mübadiləsi sürətləndirilməlidir. Eyni zamanda, saxta domenlərin və zərərli SMS kampaniyalarının dərhal bloklanması mexanizmləri gücləndirilməli, ən əsası isə vətəndaşlar arasında rəqəmsal gigiyena üzrə maarifləndirmə kampaniyaları formal xarakter daşımayaraq, insanların kart rekvizitlərini və təsdiq kodlarını nağd pul kimi qoruması vərdişini formalaşdırmalıdır".
Aynur Babazadə

İqtisadiyyat       Tarix: 24 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bu gün Bakıda X Beynəlxalq Bankçılıq Forumu ("IBF-2026") işə başlayıb. xəbər verir ki, sabah başa çatacaq tədbir "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin "Mastercard" beynəlxal

Qızıl sürətlə ucuzlaşacaq

İnflyasiyanın davam etməsi və ABŞ dollarının möhkəmlənməsi dünya bazarında qızılın qiymətinin aşağı düşməsinə səbəb olacaq. Xarici ekspertlərin sözlərinə görə, bu ilin sonunadək qızılın bir troya unsiyasının qiyməti 3 50

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy

"Marsol Minifutbol Turniri 2026"-nın püşkatma mərasimi keçirildi - FOTOLAR

13 noyabr tarixində Azərbaycan Minifutbol Federasiyasının (AMF), Marsol Sports və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə "Marsol Minifutbol Turnir

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın

Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisəd


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler cəbhədən son vəziyyət son xeberler bu gun valyuta mezenesi