Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu
Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2023-cü il tarixinə aktivləri 863,3 milyon manat səviyyəsində olub.
azxeber.com xəbər verir ki, bankın kredit portfelinin həcmi 435 milyon manat təşkil etmişdir.
2023-cü ilin doqquz ayı ərzində Bankın gəlirləri 67,6 milyon manat, xərcləri 57,1 milyon manat olub.
Hesabat dövründə Azər Türk Bank 10 milyon manatdan çox xalis mənfəət əldə etmişdir ki, bu da ötənilki göstəricidən dəfələrlə çoxdur.
Bankın məcmu kapitalının həcmi 75,3 milyon manat olmuşdur. Cəmi bank öhdəliklərinin həcmi 782,5 milyon manat səviyyəsindədir.
Bankın depozit portfeli 420,8 milyon manat təşkil etmişdir. Əhali tərəfindən Banka 202 milyon manat məbləğində əmanət qoyulmuşdur. Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,4%, kapitalın gəlirlilik əmsalı (ROE) 16,7% təşkil etmişdir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı