Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq
Azercell-in dəstəyi ilə hazırlıq keçən məktəblilər ən nüfuzlu informatika müsabiqəsində qələbə üçün mübarizə aparacaqlar
1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI 2024) baş tutacaq.
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlıq keçən Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli və 11-ci sinif şagirdi Hüseyn Ağayev, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev ölkəmizi bu nüfuzlu bilik yarışında təmsil edəcəklər.
Olimpiadada təxminən 90-a yaxın ölkədən 350-dən çox məktəblinin iştirakı gözlənilir. Müsabiqənin 2 günü ərzində şagirdlərə hər gün 3 alqoritmik məsələni həll etmək üçün 5 saat vaxt veriləcək.
Qeyd edək ki, Azərbaycan komandası "Azercell Telekom"un dəstəyi ilə payız, qış, yaz və yay kamplarına, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Türkiyənin İstanbul şəhərində hazırlıq proqramına cəlb edilib.
2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 74 medal qazanıblar.
Məktəblilərimizə dəstəyimizi davam etdirir və onlara yeni uğurlar arzulayırıq! / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır