Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ başlanır

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ başlanırAzərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik in¬kişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızla bu təşkilat arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir. Bu beynəlxalq qurum respubli¬kamızın əsas ticarət tərəfdaşlarından biri kimi tanınır. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında da bu məsələdən geniş bəhs edilib. Dövlətimizin başçısının nitqində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğu bildirilib. İyulun 18-də tərəflər arasında təsdiqlənən memorandumdan əvvəl-2006-cı ildə belə bir sənədin və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı xatırladılıb.
Azərbaycan tərəfindən başlanan və Avropa İttifaqının, o cümlədən ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini vurğulayan ölkə rəhbəri diqqətə çatdırıb ki, respublikamız bu təşəbbüsün gerçəkləşməsinə əvvəlcə neft hasilatı ilə, daha sonra isə təbii qazın ixracı ilə başlayıb. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərinin inteqrasiya olunması və bununla Azərbaycan təbii qazının Avropa qitəsinə çatdırılması reallaşıb.
Artıq iki ildən az müddətdir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Hər iki tərəf artıq bu əməkdaşlığın müsbət faydasını görür. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər önəm daşıyır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq, təbii ki, böyük uğurdur.
Cənub Qaz Dəhlizinin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. İllər əvvəl bu layihənin reallaşması bəzilərinə qeyri-mümkün görünüb. Lakin İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını gerçəkləşdirib.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla ölkəmizi birləşdirən dəmir yolları olduğunu da xatırladıb. Ölkə rəhbəri bu geniş infrastrukturun enerji qədər mühüm önəm daşıdığını qeyd edərək, belə bir şəraitin Avropa İttifaqı ilə Azərbaycan arasında ticari tərəfdaşlığa müsbət təsir göstərdiyini bildirib.
Onu da qeyd edək ki, xanım Prezident Ursula Fon der Lyayen bəyanatında Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensial ilə diqqət çəkdiyini, xüsusilə də Xəzər dənizinin külək enerjisinə və "yaşıl" hidrogenə malik olduğunu bildirib. İmzalanan Anlaşma Memorandumu vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməlinin qoyulduğunu, Azərbaycanın yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəyini də vurğulayıb.
Vilayət İsmayılov, iqtisad elmləri doktoru, professor

Siyasi       Tarix: 23 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri krimnal bugun axsam.az xeberler gunun xeberleri