"Azərbaycan Beynəlxalq Bankı" investisiya şirkəti yaradıb
Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb.
Open.az xəbər verir ki, söhbət "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) təsis etdiyi "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dən gedir.
Yeni maliyyə qurumunun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir. O, indiyə qədər "Unicapital İnvestisiya Şirkəti" ASC-nin direktor əvəzi işləyib.
Xatırladaq ki, ABB bundan əvvəl də qiymətli kağızlar bazarının iştirakçısı olub. Banka məxsus "International Transaction System" MMC 2015-ci ildə bazardan kənarlaşdırılıb. Buna səbəb Azərbaycanda "Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qüvvəyə minməsi olub. 4 illik fasilədən sonra - ABB-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş yığıncağında yeni investisiya şirkətinin yaradılmasına qərar verilib.
Turlar.az [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib