Azərbaycan bizə böyük yardım göstərdi - İrpen meri

Azərbaycan bizə böyük yardım göstərdi - İrpen meriBiz İrpen şəhər Zərifə Əliyeva adına 12 saylı tam orta məktəbin təmirinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarıq. Azərbaycan Ukraynaya, İrpenə çətin dövrdə yardım göstərdi.
KONKRET.az xəbər verir ki, bunu Report-a İrpen şəhərinin meri Aleksandr Markuşin deyib.
Onun sözlərinə görə, Azərbaycanla İrpen arasında uzun illərdir ki, dostluq münasibətləri var:
"Şəhərimizdə Zərifə Əliyeva adına park, Zərifə Əliyevanın abidəsi var. Üstəlik, əsas küçələrimizdən, hətta ən böyük məktəblərimizdən biri Zərifə Əliyevanın adını daşıyır. Biz real addımlarla öz dostluğumuzu təsdiqləmişik. Yeri gəlmişkən, Rusiyanın Ukraynaya hücumundan sonra məhz İrpen özünü fəda etmək bahasına Kiyevi qorudu. Ukrayna bu şəhərdə Rusiya ordusu üzərində qələbə qazandı. Nəticədə Rusiya qoşunları Belarus istiqamətində geri çəkilməyə məcbur oldu. Bu məqamda dostlarımızın, strateji tərəfdaşlarımızın məktəbin təmirinə kömək etməsinə ehtiyac duyulurdu. Rusiyanın hücumu nəticəsində bu məktəbə ziyan dəymişdi. İdman zalı, mərkəzi korpus və məktəbin damı bombardman nəticəsində dağıdılmışdı, pəncərələrin hamısı sınmışdı. Azərbaycan tərəfi bizə böyük dəstək göstərdi və məktəbin təmirini öz üzərinə götürdü. Bununla da Azərbaycan təkcə Ukraynanın deyil, həm də "qəhrəman şəhər" İrpenin böyük dostu olduğunu göstərdi. Şəhərimizin ən böyük məktəbinin sentyabrın 1-dək təmir edilərək fəaliyyətinə başlamasına görə öz adımdan, İrpen sakinləri adından SOCAR-a, Azərbaycanın Ukraynadakı səfirinə və Azərbaycan diasporuna minnətdarıq. Siz Ukraynamızın, şəhərimizin həqiqi dostusunuz".

Siyasi       Tarix: 20 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az cəbhədən son xəbərlər cəbhədən son vəziyyət krimnal xeber