"Azərbaycan cəmiyyəti Xameneinin real siyasi məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilir

"Azərbaycan cəmiyyəti İranın əsl niyyətinin, Xameneinin real siyasi məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilir".
Bu sözləri azxeber.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzininn baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib. O, qeyd edib ki, İran hələ də anti-Azərbaycan ritorikasından əl çəkmir:
"İran İslam Respublikası Azərbaycanın İranla bağlı dürüst və səmimi mövqeyinə rəğmən hələ də anti-Azərbaycan ritorikasından əl çəkmir. Bir tərəfdən iranlı rəsmilərin tez-tez Azərbaycanla İran arasında tarixi qonşuluq əlaqələrinə istinad etdiyinin və iki ölkənin gələcəyi ilə bağlı pozitiv mesajlar verdiyinin şahidi oluruq. Digər tərəfdən isə İranın müxtəlif səviyyəli rəsmiləri, siyasi və hərbi şəxsləri tərəfindən sətiraltı mənalarda, açıq şəkildə və ya müxtəlif formalarda Azərbaycana qarşı hədələrin şahidi oluruq. BU gün İranda xarici siyasət kursunu həyata keçirən qüvvələr rasional siyasi biliklərə malik deyillər. İranın rəhbərliyində təmsil olunanlar regional prosesləri, qlobal siyasi hadisələri təhlil edərkən hansısa dar çərçivəli ideoloji maraqlar konseptindən yanaşırlar. Bu da İrana qarşı etirazlara və eyni zamanda İranın qeyri-səmimi mövqeyinin bir daha gün üzünə çımasına səbəb olur".
Politoloqun sözlərinə görə, İran güclənən Azərbaycan və Türkiyə faktorundan qıcıq duyur:
"İran daim Azərbaycana qarşı Ermənistan faktından istifadə edir. Bu gün İranda 35 milyona yaxın azərbaycanlı yaşayır. Lakin İran Azərbaycanla əlaqələri gücləndirmək əvəzinə, daim ermənilərdən istifadə etməyə cəhd göstərir. Azərbaycanın Türkiyə ilə əlaqələri, eyni zamanda Zəngəzur dəhlizinin açılması İranın da iqtisadi monevr imkanları genişləndirsə də, İran bu prosesləri ağıllı formada şərh etmir. Məsələyə dar konteksdən yanaşır. Ona görə də, bu günə qədər Zəngəzur dəhlizinə İranın maneçilik törətdiyinin şahidi oluruq. İran güclənən Azərbaycan və Türkiyə faktorundan qıcıq duyur. İrandakı nəzarət olunan mediada, müxtəlif sosial media şəbəkələrində İrandan yayımlar edən terrorçular Azərbaycanın və Türkiyənin dövlət quruluşu əleyhinə çağırışlar edir. Həmin şəxslər bu günə qədər də İrandan Azərbaycana təhvil verilmir. Bu səbəbdən Azərbaycan cəmiyyəti İranın əsl niyyətinin nə olduğunu yaxşı bilir".
Ayətullah Xameneinin məlum tvitinə münasibət bildirən T.İsmayılov qeyd edib ki, İranın Ali Dini Lideri tərəfindən indiyə qədər Azərbaycan torpaqlarının işğalına görə, Ermənistana qarşı hansısa sərt qadağalar tətbiq edilməyib, cəmiyyətimiz Xameneinin məqsədlərinin nədən ibarət olduğunu yaxşı bilir:
"Ayətullah Xamenei İran-Ermənistan sərhədi mövzusunda monipulyasiya edir. Hamıya bəllidir ki, bu günə qədər İranın Ali Dini Lideri tərəfindən Azərbaycan torpaqlarının işğalına görə, Ermənistana qarşı hansısa sərt qadağalar tətbiq edilməyib. Torpaqlarımızın işğalı dövründə Ayətullah Xamenei İran şirkətlərinə, yaxud iranlı sahibkarlara Ermənistanla iqtisadi əlaqələrin məhdudlaşdırmaq və ya bloklamaqla bağlı hansısa göstəriş verməyib. Bu səbəbdən Xameneinin bu cür açıqlamalarını dövlət tərəfindən kəskin formada reaksiya verilməyinə ehtiyac yoxdur. Çünki cəmiyyətimiz Xameneinin bu günə qədər buna bənzər başqa açıqlamalarının də şahidi olub. Cəmiyyətimiz Xameneinin real siyasi məqsədlərinin nədən ibarət olduğunu da yaxşı bilir. Bu baxımdan İranın Ali Dini Liderinin monipulyativ çıxışlarına dövlət rəhbərliyi tərəfindən hər dəfə hansısa rekasiya verilməsi o qədər də məqbul deyil".
Aydın Nuri

Siyasi       Tarix: 22 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri krimnal bugun axsam.az xeberler gunun xeberleri