Azərbaycan davamlı inkişaf edən ölkədir

Azərbaycan davamlı inkişaf edən ölkədirAzərbaycan Respublikasının hər gün artan beynəlxalq nüfuzu ölkəmizin dünya birliyində özünə layiqli yer tutmasını şərtləndirən vacib amildir. Demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiqlik nümayiş etdirən Azərbaycan davamlı inkişaf edən ölkədir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursumuz ölkəmizin dünya dövlətləri ilə əməkdaşlıq istiqamətlərini daha da şaxələndirir. Azərbaycan Respublikasının nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin dünya birliyində nə qədər yüksək nüfuza sahib olmasının bariz göstəricisidir.
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur.
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. 
28 fevral 2024-cü il tarixində Cənab Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin 30 il ərzində işğala məruz qaldığını, bir milyona yaxın soydaşımızın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İşğalın acı fəsadları barədə danışan dövlət başçımız suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da ölkəmizin hücuma məruz qaldığını qeyd etdi.
Aydın məsələdir ki, beynəlxalq institutlar, Avropada və ümumilikdə dünyada aparıcı rol oynayan beynəlxalq təşkilatlar keçmiş münaqişə haqqında ikili standart mövqeləri ilə yadda qaldılar. Əslində, münaqişənin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi-Fransa, ABŞ və Rusiya münaqişənin həll olunması üçün heç bir addım atmadılar. Bu mənfi mövqe isə çox təəssüf ki, münaqişənin uzanmasına gətirib çıxardı. Dövlət başçımızın qeyd etdiyi kimi, biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.
Dünyada və regionda sülhün tərəfdarı olan Azərbaycan dövləti hər zaman atdığı addımlarla bu istəyini ortaya qoyur. Çünki, hər birimiz gözəl bilirik ki, qarşılıqlı faydalı əməkdaşlıq olmadan inkişaf və tərəqqi mümkün deyil. Müasir Azərbaycan Respublikası mühüm beynəlxalq layihələrdə aparıcı rola malikdir. Təsadüfi deyil ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verməkdədir. Azərbaycan region dövlətləri ilə əməkdaşlıqda da maraqlıdır. Bu Cənubi Qafqazda qalıcı sülhü bərqərar etmiş olar. Lakin təəssüf ki, Ermənistan Azərbaycanın sülh çağırışlarını cavabsız qoymaqla sülh prosesini əngəlləyir. Buna baxmayaraq, Azərbaycan dövlətinin mövqeyi ədalətlidir, qəti və sarsılmazdır.
Naftalan şəhər sakini Arzu Məmmədov / azxeber.com

Siyasi       Tarix: 13 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler cəbhədən canlı şou biznes xəbərləri son.xeber