Azərbaycan dördgünlük iş rejiminə keçə bilər? - AÇIQLAMA

Azərbaycan dördgünlük iş rejiminə keçə bilər? - AÇIQLAMA2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə dördgünlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb.
Bu günlərdə Türkiyədə ilk dəfə bir korporativ şirkət daxilində həftədə dördgünlük iş rejiminin tətbiq olunacağı barədə xəbər yayılıb. Belə ki, 1 450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.
Azərbaycanda da dördgünlük iş rejimi tətbiq oluna bilərmi?
İqtisadçı deputat Vüqar Bayramov bununla bağlı "unikal"a açıqlamasında bildirib ki, dördgünlük iş həftəsinə keçid bir sıra Avropa ölkələrində müzakirə olunur. Onun sözlərinə görə, bunu ən çox müzakirə edən və tətbiqinə hazırlaşan ölkə Böyük Britaniyadır.
"Azərbaycanda isə dördgünlük iş rejiminə keçiddən əvvəl əmək bazarı ilə bağlı bir sıra məsələlər var ki, onların həlli daha aktualdır. 2022-ci ildə dövlət sektorunda əməkhaqqı artımları baş verdi, özəl sektorda isə buna münasib addımlar atılmadı.
Bu baxımdan, Azərbaycan əmək bazarında dördgünlük iş rejiminin tətbiqi deyil, daha çox əmək hüquqlarının qorunması, əməkhaqqı fondunun genişləndirilməsi, maaşların artırılması kimi məsələlər daha aktuladır".
Deputat qeyd edib ki, bu gün əmək bazarında qeyri-leqal işləyənlərin sayı az deyil:
"Baxmayaraq ki, 2020-ci ildən etibarən bu sayda kəskin azalmalar var, amma yenə də qeyri-rəsmi məşğulluğun ümumi məşğulluqdakı payı yüksəkdir. Əmək müqavilələrinin böyük qismi dövlət sektorunun payına düşür. Əmək bazarının spesifik çətinlikləri və həll edilməli məsələləri var.
Azərbaycanda əmək bazarında işçilərin hüquqlarının qorunması, qeyri-rəsmi məşğulluğun minimumlaşdırılması, xüsusən özəl sektorda maaşların artırılması ilə bağlı qərarların verilməsi, o cümlədən, məzuniyyət hüquqlarının tam olaraq yerinə yetirilməsi kimi məsələlər var.
Bunlar həll edildikdən sonra növbəti mərhələdə iş rejimi ilə bağlı məsələlərə baxılması mümkündür". / azxeber.com

Sosial       Tarix: 29 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler xeber metbuat kriminal bugun