Azərbaycan əhalisinə YENİ XƏBƏR

Azərbaycan əhalisinə YENİ XƏBƏR"Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və Sosial Siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.
O qeyd edib ki, hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir. Nazir bunun bir mexanizm, instrument olduğunu bildirib.
Ehtiyac meyarının mahiyyəti nədən ibarətdir? Əgər ehtiyac meyarı ləğv olunarsa, bunun əhali üçün hansı müsbət və mənfi cəhətləri olacaq?
KONKRET.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, ehtiyac meyarı anlayışından bu günə qədər ünvanlı sosial yardımın təyin olunmasında istifadə olunub.
"Vətəndaşın ehtiyac meyarı müəyyənləşirdi və onun rəsmi gəliri, bütün aktivlərdən ortaya çıxan gəlirləri ehtiyac meyarı ilə müqayisə olunurdu. Məsələn, beş nəfərlik ailəyə görə minimal orta aylıq gəlir tələbatı çıxarılırdı və bu da ehtiyac meyarı demək idi. Daha sonra isə ailənin gəlirlərinə baxılırdı. Azərbaycanın hazırkı ehtiyac meyarı 246 manatdır. Bu 246 manat ailə üzvlərinin sayına, yəni, beşə vurulurdu və nəticədə bu məbləğ 1230 manat olurdu. Bundan sonra ailənin həm rəsmi, həm də əlavə gəlirlərinə araşdırılıb toplanırdı. Tutalım ki, ailənin ümumi gəlirləri 1000 manat edir, qalan 230 manatı da hökumət onlara ödəyirdi. Çünki həmin beş nəfərlik ailənin yaşaya bilməsi üçün minimum 1230 manata ehtiyacı var".
Ekspert qeyd edib ki, 2023-cü il yanvar ayının 1-dən yaşayış minimumu ilə ehtiyac meyarının eyniləşdirilərək 246 manat edilməsi ehtiyac meyarının qalmasına vacib etmir.
"Nəzərdə tutulan məbləğlər eyni olduğuna görə artıq sosial yardım hesablanarkən yaşayış minimumuna əsaslanılacaq. Yəqin ki, bununla bağlı qanunda da müəyyən düzəlişlər olunacaq".

Sosial       Tarix: 08 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

​Yay aylarında bu balıqları yeməyin

Sağlam və balanslı qidalanmanın əsas şərtlərindən biri olan balıq, tərkibindəki omeqa-3, vitamin və minerallarla hər fəsildə süfrələrimizin bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yay aylarında dəniz suyunu

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com cəbhədən ən son xəbər azerbaycanda son xeberler maraqlı xəbərlər