Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalist Reza Deqatinin obyektivi ilə Qarabağ boyu müharibənin izlərinin araşdırılmasına həsr olunan sənədli filmi paylaşıb.
azxeber.com xəbər verir ki, filmdə münaqişədən onilliklər sonra dağıdılmış binalar, zərər görmüş mədəni irs və keçmişin solmaqda olan izləri darmadağın olmuş həyatlara və unudulmamalı olan tarixlərə yer verilib.
"Yenidənqurma işləri bölgəyə yeni başlanğıclar gətirsə də, itkin düşənlərin taleyi onların ailələri üçün açıq bir yara olaraq qalır", - ekran əsərində bildirilib.
Qeyd olunub ki, keçmişin xarabalıqlarından hələ də gözləyənlərin səslərinə qədər, bu sənədli film dərin bir sual verir: "Müharibə həqiqətən nə vaxt bitir - və ailələr hələ də cavab axtardığı halda, onun hekayəsi nə vaxtsa tamamlana bilərmi?
Çünki bəzi hekayələr keçmişdə qala bilməz. Onlar yarımçıq qalır, yaddaş, həqiqət axtarışı və davamlı sülh ümidi ilə yaşadılır".
Xidmetler [newsid: 0-123300]

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi